Sərbəst T4

23 Azn

 

Sərbəst T4 (tiroksin) zülal sintezinin ən vacib stimulyatorlarından biridir. Qalxanabənzər vəzinin follikulyar hüceyrələri tərəfindən TSH nəzarəti altında sintez olunur. Sərbəst T4 maddələr mübadiləsini sürətləndirir, istilik əmələgəlməni və orqanizm tərəfindən oksigen istifadəsini artırır (istisna: beyin, dalaq və yumurtalıqlar/xayalar). Bu proses orqanizmin vitaminlərə olan tələbatını yüksəldir və qaraciyərdə A vitamini sintezini stimullaşdırır.
Həmçinin, T4 analizi nəticəsində məlum olur ki, tiroksin qanda xolesterin və triqliseridlərin miqdarını azaldır, zülal mübadiləsini aktivləşdirir və kalsiumun sidiklə xaric olunmasını sürətləndirir. Bu da sümük toxumasının mübadiləsini gücləndirir.


Tiroksinin gün ərzində maksimal aktivliyi səhər saat 8:00-12:00 arasında müşahidə olunur. Qadınlarda kişilərlə müqayisədə daha aşağı olur. Hamiləlik dövründə, xüsusilə üçüncü trimestrdə miqdarı artır. 40 yaşdan sonra isə hər iki cinsdə bu hormonun səviyyəsi tədricən azalır.


Qeyd edilməlidir ki, qalxanabənzər vəzi ilə əlaqəli olmayan ağır xəstəliklər zamanı belə T4 səviyyəsi adətən norma daxilində qalır. Lakin bəzi hallarda – məsələn, serumda bilirubinin artması, piylənmə və ya qan götürərkən jqutun tətbiqi – sərbəst T4 səviyyəsi yüksək çıxa bilər.

  • Analizlər dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır
  • Səhər 8-14 saat aclıqdan sonra analiz verilməlidir (su içmək olar)
  • Yüngül qida qəbulundan 4 saat sonra analiz verilə bilər.
  • Dinamikanın kontrolu üçün analiz həmişə eyni  vaxtda verilməlidir.
  • Qalxanabənzər vəziyə olan hər-hansı bir müdaxilə analizin nəticəsinə təsir edə bilər (tireoid hormonların qəbulu, yodtərkibli preparatlar, cərrahi müdaxilə, radioterapiya)
  • Yüksək və ya aşağı  TSH səviyyəsi
  • Diffuz toksiki zob zamanı kontrol müayinə
  • Hipotireoz və ya tireotoksikozun kliniki mənzərəsi

SərbəstT4 səviyyəsinin yüksəlməsi

  • Toksik zob
  • Tireodit
  • Tireotoksik adenoma
  • Tireoid hormonlara rezistentlik sindromu
  • Hipotireodizm
  • Xoriokarsinoma
  • Nefrotik sindrom
  • Piylənmə
  • Heparinlə müalicə cə sərbəst yağ turşularını yüksəlməsi ilə bağlı olan xəstəliklər
  • Yüksək IgG olan mielomalar
  • Qaraciyərin xroniki xəstəlikləri
  • Porfiriya

Sərbəst T4 səviyyəsinin azalması

  • Birincili hipotireoz (anadangəlmə, endemik zob, autoimmun tireodit, qalxanabənzər vəzidə neoplastik proseslər)
  • Ikincili hipotireoz (Şixan sindromu, hipofizin iltihabı prosesləri)
  • Üçüncülü hipotireoz ( beyin tarvması, hipotalamusun iltihabı prosesləri)
  • Dərman qəbulu – triyodtironin, metimazol, propiltiourasil, qlikokortikoidlər, vərəməleyhinə dərmanlar,  göbələk əleyhinə dərmanlar, hipolipidemik dərmanlar, QSİD,  androgenlər, qıcolma əleyhinə dərmanlar, furosemid
  • Zülal və yod çatışmazlığı ilə müşahidə olunan pəhriz
  • Qurğuşunla kontakt
  • Cərrahi əməliyyat
  • Piylənmə olan qadınlarda çəkinin kəskin azalması
  • Heroin istifadəsi