T3-triyodtironin

23 Azn

T3 (triyodtironin) qalxanabənzər vəzi tərəfindən siztez olunan hormondur. Bədən temperaturu, metabolizm və ürək döyüntülərini  tənzim edirlər.  T3-ün çox hissəsi orqanizmdə zülallarla birləşmiş şəkildə, az bir hissəsi isə sərbəst şəkildə olur və qanda dövran edir. Total T3 hər sərbəst, həm birləşmiş  T3-ün miqdarının cəmini göstərir.

Qalxanabənzər vəzin patologiyaları çox geniş simptomları – həm psixoemosional, həm də fiziki  əhatə edir. Bura aiddir: Zəiflik, əzginlik, Yuxu pozğunluğu, Soyuğa və ya istiyə qarşı həssaslıq, Çəki itirilməsi və artımı, Quru dəri, Quru, qıcıqlanan gözlər, Saçın tökülməsi, əllərin əsməsi (tremor), ürək döyüntülərinin tezləşməsi, menstrual pozğunluqlar, əsəb gərginliyi və s.

Bu hormonların ölçülməsi qalxanabənzər vəzin patologiyalarını aşkarlamaq üçün istifadə olunur. Bir çox hallarda total T3  T4 və  TSH   (tiroid stimuləedici hormon) birlikdə yoxlanılır.

  • Analizlər dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır
  • Səhər 8-14 saat aclıqdan sonra analiz verilməlidir (su içmək olar)
  • Yüngül qida qəbulundan 4 saat sonra analiz verilə bilər.
  • Dinamikanın kontrolu üçün analiz həmişə eyni  vaxtda verilməlidir.
  • Qalxanabənzər vəziyə olan hər-hansı bir müdaxilə analizin nəticəsinə təsir edə bilər
  • Qalxanabənzər vəzi xəstəliklərinin differensial diaqnostikası
  • İzolə olunmuş T3 toksikozunun kontrol müayinəsi

T3 səviyyəsinin artması: 

  • Tireotropinoma
  • Toksik ur (zəhərli zob)
  • T3 toksikozu ( izolə olunmuş)
  • Tireoiditlər
  • Tireotoksik  adenoma
  • Tireoid hormonlarına rezistentlik sindromu
  • TSH asılı olmayan tireotoksikoz
  • Doğumdan sonra yaranan qalxanabənzər vəzin disfunksiyası
  • disfunksiyası
  • Xoriokarsinoma
  • Mieloma İg G yüksək səviyyədə
  • Nefrotik sindrom
  • Hemodializ
  • Qaraciyərin xroniki  xəstəlikləri         

T3 səviyyəsinin azalması:        

  • ağır (qeyri-tireoid) Somatik və psixiki xəstəliklər
  • Orqanizmin ağır xəstəlikdən sonra bərpası zamanı
  • Birincili,ikincili və üçüncülü  hipotireoz
  • Zülal pəhrizi və az kalorili pəhriz
  • Qadınların ağır fiziki yük
  • Bədən çəkisinin itirilməsi
  • Amiodaron qəbulu,yüksək dozada propranolol,yod tərkibli rentgenkontrast maddələr
  • Kompensə olunmamış birincili böyrəküstü vəzi çatışmazlığı