Müayinələr
Müayinələr
Tiroqlobulin qalxanabənzər vəzinin karsinomasının müalicəsinin monitorinqində onkomarker kimi istifadə olunan qlikoproteindir.
Diqqət: Analiz aparılan müalicə və ya tireoektomiyadan ən azı 6 həftə sonra analiz verilməlidir. Həmçinin əgər biopsiya və ya qalxanabənzər vəzinin skanı olunubsa Tiroqlobulin prosedurdan öncə ölçülməlidir. Qanda tiroqlobulinin səviyyəsi 3 əsas faktordan asılıdır.
Tiroqlobulinin səviyyəsinin yüksəlməsi qalxanabənzər vəzinin disfunksiyasının əlamətidir.
Diqqət!
Laboratoriyalararası tiroqlobulinin səviyyəsinin təyin olunmasında fərqlər vardır ona görə də müalicənin monitorinqi eyni laboratoriyada və eyni üsulla yoxlanmalıdır. Tiroqlobulin nəticəsinə Anti-TQ təsir edə bilər, ona görə paralel olaraq Anti-TQ də ölçülməlidir. Antitellərin olması tiroqlobulinin səviyyəsinin süni azalmasına gətirib çıxara bilər ki, bu halda nəticələr çox diqqətlə interpretasiya olunmalıdır. Tireosupressor müalicə alan pasiyentlərdə tiroqlobulin müayinəsi güvənli olmaya bilər.
Tiroqlobulinin yüksəlməsi
Müayinələr