Aldosteron qanda böyrəklər tərəfindən natrium və kalium balansını, həmçinin qan təzyiqini tənzimləyir. Böyrəküstü vəzidə sintez olunub, renin və angiotenzin fermentlərinin köməyi ilə idarə olunur. Renin qan təzyiqi aşağı düşdükdə, qanda natrium səviyyəsi azaldıqda və ya kalium səviyyəsi yüksəldikdə böyrəklərdən ifraz olunur. O, qanda olan angiotenzinogen zülalını parçalayaraq angiotenzin I-i əmələ gətirir, daha sonra ferment tərəfindən angiotenzin II-yə çevrilir. Angiotenzin II, öz növbəsində, qan damarlarının daralmasına kömək edir və aldosteronun meydana gəlməsini stimullaşdırır. Nəticədə qan təzyiqi yüksəlir və natrium və kalium balansı orqanizm tərəfindən tələb olunan səviyyədə saxlanılır.
Müxtəlif xəstəliklər aldosteronun həddindən artıq və ya az istehsalına (hiperaldosteronizm və ya aldosteronopeniya) səbəb ola bilər. Renin və aldosteron bir-biri ilə əlaqəli olduğundan, aldosteronun qanda normadan kənar səviyyəsini müəyyən etmək üçün hər iki maddə adətən birlikdə sınaqdan keçirilir.
- Müayinədən 14-30 gün öncə karbohidrat istehlakını məhdudlaşdırmaq.
- Müayinədən 14-30 gün öncə sidikqovucu, yüksək təzyiq əleyhinə, steroid, peroral kontraseptiv və estrogen tərkibli preparatların qəbulunu məhdudlaşdırmaq.
- Müayinədən 7 gün öncə renin inhibitorlarının qəbulunu məhdudlaşdırmaq.
- Müayinədən 72 saat öncə fiziki və emosional gərginlikdən çəkinmək.
- Müayinədən 3 saat öncə siqaretdən istifadə etməmək.
- Yüksək qan təzyiqi və aşağı kalium səviyyəsi zamanı.
- Təzyiq əleyhinə preparatların qəbulu kömək etmədikdə.
- Erkən yaşlarda qan təzyiqi normadan yüksək olduğunda.
- Böyrəküstü vəzin çatışmazlığına şübhələndikdə.
Nəticələrin yüksək olması:
- Kon sindromu – böyrəküstü vəzin iltihabı
- Böyrəküstü vəzin ikitərfli böyüməsi
- Anadangəlmə sirroz
- Ürək çatışmazlığı
- Qanaxmalar
- İkincili hiperaldestornizm – sidikqovucu preparatların normadan artıq istifadəsi, ürək çatışmazlığı, qaraciyər sirrozu, hamiləlik zamanı, uzunmüddətli acqalma, Barter sindromu və s.
Nəticələrin aşağı olması:
- Addison xəstəliyi
- Adrenogenital sindrom
- Hamilələrdə arterial hipertensiya
- Duz istehlakının artması