Anti-insulin anticisimləri bədənin öz insulininə qarşı istehsal etdiyi autoanticisimlərdir. 1-ci tip şəkərli diabetin (insulindən asılı) spesifik markerləri hesab edilir və 2-ci tip şəkərli diabetin (insulindən asılı olmayan) differensial diaqnostikası üçün istifadə olunur.
1-ci tip şəkərli diabet zamanı mədəaltı vəzi hüceyrələrinin autoimmun zədələnməsi nəticəsində orqanizmdə insulinin çatışmazlığına səbəb olur. 1-ci tip şəkərli diabetdən fərqli olaraq, 2-ci tip şəkərli diabet zamanı anti-insulin anticisimləri aşkarlanmır. 1-ci tip şəkərli diabetdən əziyyət çəkən xəstələrin 50%-də insulinə qarşı anticisimlər müayinə olunur.
Anti-insulin anticisimləri uşaqlar üçün daha xarakterikdir və yetkin xəstələrdə daha az rast gəlinir. Bir qayda olaraq, 3 yaşına qədər uşaqlarda kəskin yüksək titrlə müşahidə olunur. Bu səbəblə, uşaqlarda 1-ci tip şəkərli diabet diaqnozunu qoymaq üçün ən yaxşı laboratoriya testi hesab olunur.
- Son qida qəbulundan 2 saat sonra.
- Müayinədən 1 saat öncə siqaretdən istifadə etməmək.
- Müayinədən 1 saat öncə fiziki və emosional gərginlikdən çəkinmək.
- 1-ci tip şəkərli diabetin differensial diaqnostikası.
- Xüsusilə genetik meyilliyi olan uşaqlarda xəstəliyin proqnozlaşdırılması.
Nəticələri müsbət olması:
- 1-ci tip şəkərli diabet
- Autoimmun insulin sindromu
- Autoimmun poliendokrin sindrom
- İnsulin preparatları təyin olunduğu halda
Nəticələrin mənfi olması:
- Norma
- Şəkərli diabet simptomları olduqda isə, 2-ci tip şəkərli diabetdən şübhələnmə