Anti TPO tiroidperoksidazaya qarşı antiteldir. Qalxanabənzər vəz tərəfindən orqanın öz hüceyrə strukturlarına qarşı əmələ gəlir. Anti-TPO autoimmun tiroiditin göstəricisidir. Tiroidperoksidaza (TPO) follikulyar hüceyrələrin apikal membranında tiroid hormonunun sintezini kataliz edən, membrana bağlı hemoproteindir. TPO orada disulfid körpüləri ilə bağlanmış dimer şəklində lokallaşdırılır. Tiroid hormonlarının biosintezində TPO tirozin qalıqlarının yodlaşdırılmasında və iki tirozin qalığının tiroqlobulin üzərində oksidləşdirici birləşməsində iştirak edir.
- Son yemək qəbulundan 4 saat sonra
- Son qida qəbulundan 2 saat sonra.
- Müayinədən 3 saat öncə siqaretdən istifadə etməmək.
- Müayinədən 1 saat öncə fiziki və emosional gərginlikdən çəkinmək.
- Sonsuzluq
- Menstruasiya problemləri
- Dəri problemləri, quru dəri
- Üzdə, göz qapaqlarında, əllərdə və ya ayaqlarda şişkinlik
- Saç tökülməsi və kövrək dırnaqlar
- Xroniki yorğunluq və ya hiperaktivlik
- Səbəbsiz çəki itkisi və ya çəki artımı
- Depressiya,daxili gərginlik və əsəbilik
- Diqqət və yaddaş probləmləri
- Əzələ problemləri
- İstiyə və ya soyuğa dözümsüzlük
- Qəbzlik
- Taxikardiya
- Yuxu problemləri və gecə tərləmələri
- Cinsi istəyin azalması
- Hiperprolaktinemiya
Nəticənin normadan yüksək olması:
- Haşimoto xəstəliyi 90% hallarda
- Qalxanvari vəz xərçəngi
- Autoimmun hemolitik anemiya
- Qranulomatoz tiroidit
- Revmatoid artrit
- Sjogren xəstəliyi (göz yaşı və tüpürcək vəzlərinin zədələnməsi ilə ağız və gözlərdə quruluğa səbəb olan xəstəlik)
- Qırmızı qurdeşənəyi
- Preeklampsiya (hamiləlik zəhərlənməsi)
- Erkən doğuş
Nəticənin normadan aşağı olması:
- Tiroid xərçəngi
- Qocalma
- İmmun sistemi xəstəlikləri
- Tip 1 diabet
- Pernisiyoz anemiya