Anti-neytrofil Sitoplazmik Anticisimlər (ANCA) ağ qan hüceyrələrinin bir növü olan neytrofillərin sitoplazmasında müxtəlif antigen strukturlara qarşı əmələ gələn və vaskulitlərin (qan damarlarının iltihabi xəstəlikləri) patogenezində mühüm rol oynayan autoantikorlardır.İmmunofluoressensiya mikroskopunda müayinə nəticəsində yaranan görüntüyə görə iki növ ANCA fərqləndirilir: Əgər flüoresan neytrofil nüvəsi ətrafında cəmləşərsə, perinuklear ANCA, yəni p-ANCA (MPO - miyeloperoksidaza adlı bir proteini hədəf alır) müsbət olduğu deyilir. Əgər flüoresan sitoplazmada cəmləşibsə, onun sitoplazmik, yəni c-ANCA (PR3 - proteinaz 3 adlı zülalı hədəf alır) müsbət olduğu deyilir.
ANCA testi üçün heç bir xüsusi hazırlıq tələb olunmur.
- Vaskulit şikayətləri ilə müraciət edən xəstələr
- Naməlum ağciyər infiltratı
- Qanlı bəlğəm
- Böyrək funksiyasının pozulması
- Qanlı sidik
- Sidikdə protein itkisi
- Qanlı burun axıntısı
- Periferik polineyropatiya
Nəticələrin müsbət olması:
- Vaskulitlər
Əvvəllər Wegener xəstəliyi adlanan qranulomatoz poliangiit (GPA) - ən çox ağciyərlərə, böyrəklərə və sinuslara təsir göstərir.
- Mikroskopik poliangiit (MPA)- bədənin müxtəlif orqanlarına, o cümlədən ağciyərlərə, böyrəklərə, sinir sisteminə və dəriyə təsir göstərə bilər.
- Əvvəllər Churg-Strauss sindromu adlanan eozinofilik qranulomatoz poliangiit (EGPA) - adətən dəri və ağciyərlərə təsir göstərir. Tez-tez astmaya səbəb olur.
- Poliaritit nodosa (PAN)- daha çox ürək, böyrəklər, dəri və mərkəzi sinir sisteminə təsir göstərir.
- Etiologiyası məlum olmayan nekrotik qlomerulonefrit
- Birləşdirici toxuma xəstəlikləri
- Autoimmun hepatitlər
- İtihablı bağırsaq xəstəlikləri və bəzi xərçənglər.
Nəticələrin mənfi olması xəstəliklərin olmaması barədə xəbər verir.