Ekstraksiya edilə bilən  nüvə antigeninə qarşı əkscisimciklər (ENA skrining) ribonukleoproteinlərlə əlaqəli müxtəlif zülallarla qarşılıqlı əlaqədə olan heterogen autoəkscisimlər qrupudur. Revmatoid artrit, sistemli qırmızı qurdeşənəyi  və qarışıq birləşdirici toxuma xəstəlikləri olan xəstələri müayinə edərkən nüvə ribonukleoproteinlərinə qarşı əkscisimlər  aşkar edilmişdir ki, bu da sonradan bütün əkscisimlər qrupuna adını vermişdir.

ENA skrining qan zərdabında sitoplazmik və nüvə antigenlərinə qarşı hər hansı əkscisimləri aşkar etməyə imkan verən analizdir. Ekstraksiya edilə bilən  nüvə antigeninə qarşı əkscisimlər müxtəlif sistemli birləşdirici toxuma xəstəliklərinin klinik və laboratoriya markerləridir və onların müalicəsinin diaqnostikası və nəzarəti üçün istifadə olunur.

ENA-skrining hərarət, səbəbsiz narahatlıq, artralgiya və miyalgiya, dəri səpgiləri və bu  kimi sistemli autoimmun  prosesin simptomları üçün təyin edilir. Onlar heç bir revmatik xəstəlik üçün xarakterik deyildir və revmatoid artrit, sistemik qırmızı qurdeşənəyi (SLE), sistemik sklerodermiya, Sjöqren sindromu, həmçinin birləşdirici toxumaların qarışıq xəstəlikləri və digər hallarda müşahidə edilə bilər. ENA-skrining autoimmun prosesin klinik təzahürləri olan xəstələrdə revmatik xəstəliklərin skrininq üsuludur. Təkrarlanan mənfi test nəticələri simptomların digər qeyri-autoimmun səbəblərdən qaynaqlandığını göstərir. Eyni zamanda, ENA-skrining sistemli birləşdirici toxuma xəstəliklərini bir-birindən ayırmağa imkan vermir.

  • Son qida qəbulundan 2 saat sonra.

  • Müayinədən 3 saat öncə siqaretdən istifadə etməmək.

  • Müayinədən 1 saat öncə fiziki və emosional gərginlikdən çəkinmək.

  • oynaqlarda şişkinlik

  • toxumalarda şişkinlik

  • diqqət dağınıqlığı

  • davamlı olaraq aşağı bədən istiliyi

  • daimi yorğunluq hissi 

  • əzələ ağrısı

  • saç tökülməsi

  • dəridə dəyişikliklər

  • xüsusilə əllərdə və ayaqlarda uyuşma

Əgər nəticə  neqativ olarsa, xəstə yenidən qiymətləndirilir və müayinə olunur. Müayinə nəticəsində əldə edilən məlumatlar  immun sistemindəki problemlərə görə revmatik xəstəlik istiqamətindədirsə, digər autoantikor testlərinin aparılması zərurəti ortaya çıxır.

Pozitiv nəticə şəxsdə hərhansı bir immun sistemi xəstəliyi olması haqqında ilkin məlumat verir. Nəticəni doğrulamaq üçün digər autoantikor testləri tətləb oluna bilər. 

Autoimmun xəstəliklərə aiddir:

  • Revmatoid artrit (xroniki poliartrit)

  • autoimmun hepatit

  • İdiopatik iltihablı miopatiyalar (IEM)

  • dermatomiyozit

  • polimiyozit

  • Qarışıq birləşdirici toxuma xəstəliyi (MCTD)

  • Birincili biliyar siroz (PBC)

  • Proqressiv Sistemli Skleroz (PSS)

  • Sjogren sindromu

  • Sistemik lupus eritematosus (SLE)

  • Dərmanla əlaqəli Lupus Eritematosus (DIL)