IgG subqrupları

0 Azn

İmmunoqlubulinlər orqanizmin immun sisteminin əsas komponentlərindən biridir. Orqanizmə daxil olan yad cisimlərdən, bakteriya və viruslardan qoruyan zülallardır. Ümumilikdə immunoqlobulinlərin 5 növü (IgG, IgM, IgA, IgE, IgD) mövcuddur.

G sinifi immunoqlobulinlər yenidən yoluxmalara qarşı humoral müdafiəni təmin edən əsas immunoqlobulinlərdir. Qanda ümumi immunoqlobulinlərin 70-80%-ni təşkil edir və qan zərdabında müayinə olunur. Bədəndə yarımparçalanma dövrü təxmini 21-24 gündür. Toksin və virusların neytrallaşdırlmasında, antigenləri tanımaqda, yad cisimlərin parçalanması adlanan faqositozun aktivləşməsində və komplement sisteminin klassik üsulla aktivləşməsində xüsusi rol oynayır. Bu sinif immunoqlobulinlər damarlararası məsafəyə nüfuz edə və toxumalarda qoruyucu funksiyanı yerinə yetirirlər. IgG, anadan dölə plasentadan keçən və yenidoğulmuşların ilk 4-6 ayı ərzində qoruyan yeganə immunoqlobulin növüdür.

IgG bir neçə altsinif qruplara bölünür: IgG-1, IgG-2, IgG-3, IgG-4. Altsinif qrupların səviyyəsinin azalması ikincili infeksiyalar barədə məlumat verə bilər. Bəzi hallarda ümumi IgG səviyyəsi norma daxilində olsa da, alt sinifin çatışmazlığı müayinə olunmadan təyin ola bilinmir. IgG alt siniflərinin çatışmazlığı əksər hallarda digər sinif immunoqlubulinlərə də təsir göstərir, məsələn, geniş yayılmış haldır ki, IgG-2 və IgG-4 aşağı olması IgA-nın çatışmazlığı zamanı müşahidə olunur.

  • Son qida qəbulundan 2 saat sonra.
  • Müayinədən 3 saat öncə siqaretdən istifadə etməmək.
  • Müayinədən 1 saat öncə fiziki və emosional gərginlikdən çəkinmək.
  • Humoral immuniteti müayinə etmək
  • İmmun çatışmazlığı diaqnozu
  • Böyüklərdə və uşaqlarda ikincili bakterial, viral, göbələk, parazitar yoluxmaların səbəbini öyrənmək
  • Autoimmun xəstəliklər zamanı immuitetin vəziyyətini öyrənmək
  • İmmunoqlobulin preparatlarının istifadəsinin effektivliyini təyin etmək

Nəticələrin yüksək olması:

  • Tənəffüs, mədə-bağırsaq, sidik-cinsiyyət sisteminin kəskin və xroniki yoluxucu xəstəlikləri
  • Birincili yoluxmadan sonra sağalma mərhələsi
  • İkincili yoluxmanın kəskin dövrü
  • Kəskin və xroniki qaraciyər xəstəlikləri (autoimmun hepatit, virus mənşəli hepatit, sirroz, spitli içkilər nəticəsində qaraciyər zədələnmələri)
  • IgG tipli miyelom xəstəliyi (kəskin artım)
  • Kistik fibroz
  • Valdernsterm (Waldenström) xəstəliyi
  • Xroniki limfoleykoz
  • Limfomalar
  • Yoluxucu mononükleoz
  • Neyrosifilis
  • QİÇS

Nəticələrin aşağı olması:

  • 3-5 aylıq körpələrdə fizioloji hipoqammaqlobulinemiya
  • Ümumi immun çatışmazlığı
  • Agammaglobulinonemiya (Bruton xəstəliyi)
  • Hipoqammaqlobulinonemiya
  • Leykoz
  • Splenoektomiya
  • Hiper-IgM sindromu
  • Vitamin B12 çatışmazlığı
  • Lui-Bar (Louis-Bar) sindromu
  • Viskot-Aldriç (Wiskott-Aldrich) sindromu
  • Yoğun bağırsağın iltihabi xəstəlikləri
  • Nefrotik sindrom