Kalprotektin leykositlərdə istehsal olunub, miqdarı bağısaqlara daxil olan leykositlərlə düz mütənasib olan proteindir. Tibbi praktikada xəstənin nəcisindəki kalprotektin miqdarının təyini, klinik əlamətlərlə birlikdə, iltihablı bağırsaq xəstəliklərinin diaqnostikası üçün istifadə olunur. Kalprotektin nədir ( Calprotectin ) sualına cavab olaraq, bu, bağırsaqlarda iltihabın göstəricisi olan bir proteindir və bağırsaq xəstəliklərinin diaqnozunda istifadə olunur.
Laktoferrin dəmiri özünə birləşdirə bilən, zərərli bakteriyalara qarşı təsirli olan və nəcisdə aşkar olunan bir proteindir. Göz yaşı, tüpürcək və ana südü kimi müxtəlif bədən mayelərində olur.
İmmun sisteminin müəyyən ağ qan hüceyrələrinin tərkibində xüsusi ilə çox miqdarda laktoferrin vardır. Müdafiə reaksiyası zamanı bu immun hüceyrələr laktoferrini ifraz edir. Daha sonra laktoferrin bakteriyaların yaşaması üçün lazım olan dəmiri götürərək zərərli bakteriyalarla mübarizə aparmağa kömək edir.
Nəcisdə laktoferrin dəyərinin artması bağırsaqda iltihab olduğunu göstərir. İltihab olduqda, ağ qan hüceyrələri mümkün patogenlərlə mübarizə aparmaq üçün bağırsaqlara daxil olur. Laktoferrin bu müdafiə hüceyrələri tərəfindən bağırsaqlara ifraz olunur və bu, nəcisdə laktoferrin dəyərini artırır.
Laktoferrində artım müəyyən bir xəstəliyə aid edilə bilməz. Laktoferrinin dəyəri həm aktiv infeksiyalar, həm də xroniki bağırsaq iltihabı zamanı artır. Buna görə də, laktoferrin bağırsaqda iltihab üçün qeyri-spesifik marker adlanır. Laktoferrin testi bağırsaqlarda iltihabın varlığını müəyyən etmək üçün istifadə edilən bir laboratoriya analizidir. Laktoferrin testi bağırsaqlarda gizli iltihabı aşkar etmək üçün qeyri-invaziv bir üsuldur və bu səbəbdən geniş yayılmışdır.
Həkimlərdən, kalprotektin nədir ( Calprotectin ) deyə soruşulduqda, onun bağırsaq divarlarında iltihabın varlığını göstərən bir biomarker olduğunu qeyd edirlər. Kalprotektin nədir sualına cavab olaraq, bu proteinin səviyyəsi, xüsusilə iltihablı bağırsaq xəstəliklərinin diaqnozunda əhəmiyyətli rol oynayır deyə bilərik.
Diqqət: Müayinə üçün götürülən nəcis nümunəsi 2 saat ərzində laboratoriyaya gətirilməlidir.
- Son qida qəbulundan 2 saat sonra.
- Müayinədən 1 saat öncə siqaretdən istifadə etməmək.
- Müayinədən 1 saat öncə fiziki və emosional gərginlikdən çəkinmək.
- Bağırsaqda davam edən iltihabi prosesə şübhələndikdə
- İltihabi prosesi istisna etmək üçün
- Yaralı kolit
- Kron xəstəliyi
- Qıcıqlanmış bağırsaq sindromu kimi iltihablı olmayan bağırsaq problemlərindən fərqləndirmək üçün (hər iki xəstəlikdə xəstələrdə adətən qarın ağrısı, ürəkbulanma və ya ishal kimi oxşar simptomlar olur)
Nəticələrin normadan yuxarı olması:
- Bağırsaqların iltihabi prosesi
- Bağırsaqların infeksiyon prosesi