Kardiolipin IgM

29 Azn

Kardiolipinə qarşı olan antitellər IgM və/ və ya IgM antifosfolipid sindromdan əziyyət çəkən pasiyentlərin əksəriyyətində aşkarlanır.  Ona görə də AFS-in dianqostikasında  qırmızı qurdeşənəyi antikoaqulyantı və beta-2-qlikoproteinlər ilə birgə laborator dianqostik kateqoriyaya daxil edilmişdirlər.

Kardiolipinə qarşı antitellərin aşkarlanması sistem qırmızı qurdeşənəyinin  yaranma riskinin yüksək olduğuna işarə edir.  Qurdeşənəyindən əzyyət çəkən pasiyentlərin 20-50%-də, digər sistem revmatik xəstəlikləri zamanı isə pasiyentlərin 3-20%-də aşkarlanırlar.

AFS zamanı  kardiolipin IgM antitelləri venoz trombozlar, trombositopeniya, nevroloji simptomatika  ilə assosiasiya olunurlar.  Antiellərin miqdarının yüksəlməsi ilə tromboz inkişafı riski yüksəlir.  AFS sidnromun diaqnostikası üçün  kardiolipinə qarşı antitellərin təkrar müayinələr zamanı da aşkarlanması və səviyyəsinin yetərincə yüksək olması tələb olunur.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Yüngül qida qəbulundan 4 saat sonra müayinənin aparılması mümkündür.
  • Müayinə öncəsi psixoemosional və fiziki gərginlik, alkoqol qəbulu olmamalıdır.
  • Laxtalanmanın pozulması
  • Adəti düşüklər
  • Qırmızı qurdeşənəyi diaqnostikası
  • Autoimmun xəstəliklər

Kardiolipinə qarşı antitellərin yüksəlməsi AFS sindrom və onun simptomatikasının inkişaf ehtimalını göstərir.  Kardiolipin antitellərə müsbət cavab həmçinin infeksion və autoimmun iltihabı xəstəliklər zamanı və nadir hallarda kliniki sağlam insanlarda müşahidə oluna bilər. 

Əksər hallarda antitelin titrinin az miqdarda yüksəlməsi keçici bir haldır, ona görə də müəyyən müddət sonra mütləq təkrar müayinə aparılmalıdır.