Komplement C3

0 Azn

Komplement C3 komponenti kəskin faza zülalı olub, sitoliz (hüceyrələrin parçalanması) və anafilaksiya (orqanizmdə yad maddələr nəticəsində inkişaf edən patoloji proses) zamanı qaraciyər, makrofaqlar, fibroblastlar, limfoid hüceyrələri tərəfindən sintez olunan diaqnostik əhəmiyyətli zülaldır. Həm klassik, həm alternativ yolla aktivləşir. Komplement sisteminin 70%-i təşkil edərək, autoimmun xəstəliklərin inkişafında xüsusi rol oynayır.

  • Son qida qəbulundan 2 saat sonra.
  • Müayinədən 1 saat öncə siqaretdən istifadə etməmək.
  • Müayinədən 1 saat öncə fiziki və emosional gərginlikdən çəkinmək.
  • Komplementin irsi çatışmazlığına şübhələndikdə.
  • Pasiyentlərin autoimmun xəstəliklər zamanı dinamik izlənilməsi.
  • Müxtəlif mənşəli iltihabi və ikincili bakterial infeksiyalara şübhələndikdə (qırmızı qurdeşənəyi xəstəliyi, vaskulitlər, bakterial endokardit, poststreptokokk qlomerulonefrit, qrammənfi sepsis).

Nəticələrin yuxarı olması:

  • Müxtəlif mənşəli iltibahi və infeksiyon xəstəliklər.
  • Birləşdirici toxumanın xəstəlikləri (revmatoid artrit, revmatizm).
  • Şəkərli diabet.
  • Miokard infarktı.
  • Mədə-bağırsaq xəstəlikləri (virus mənşəli hepatit, bağırsaqların iltihabı, xoralı kolit).
  • Qalxanabənzər vəzin xəstəlikləri (tiroid zob, tireoidit).

Nəticələrin aşağı olması:

  • Komplementin irsi çatışmazlığı.
  • Müxtəlif mənşəli iltibahi və infeksiyon xəstəliklər (bakterial endokardit, sepsis, parazitemiya).
  • Qırmızı qurd eşənəyi xəstəliyinin aktiv fazası.
  • Qaraciyərin kəskin iltihabı (hepatit B).
  • Poststeptokok qlomerolunefrit.
  • İrsi aralıq dənizi qızdırması.
  • QİÇS