Müayinələr
Müayinələr
Qırmızı qurd eşənəyi xroniki autoimmun sistem xəstəliyidir. Bu zaman orqanizmdə öz hüceyrələrinə qarşı antitellər əmələ gəlir və orqanizm öz hüceyrələrinə hücum edir. Qurd eşənəyinin indiyədək dəqiq etiologiyası məlum deyildir. Xəstəliyə 20-40 yaş arası qadınlar daha çox meylli olur. Daha çox dəridə əlamətlərlə özünü göstərir. Dəridə eritematoz dermatit, gün işığına həssaslıq, saçların tökülməsi, dodağın və ağzın selikli qişasının zədələnməsi, qaşınma, dəmrov müşahidə olunur.
Qırmızı qurd eşənəyi zamanı birləşdirici toxuma qatı zədələnir. Birləşdirici toxumanın olduğu hər bir orqanda zamanla dəyişiklik başlayır. Bu zaman daha çox ürək qişaları, böyrəklər, mədə-bağırsaq sistemi, mərkəzi sinir sistemi, oynaqlar zədələnir. Belə pasiyentlərdə baş ağrıları, əhvalın kəskin dəyişməsi də xarakterik əlamətdir.
Xəstəliyin diaqnostika və müalicəsi dermatoloq və revmatoloqun birgə nəzarəti altında aparılır. Laborator diaqnostikada qanın kliniki analizi, Antinuklear antitellər (ANA), LE hüceyrələrin təyini , nativ DNT-yə qarşı antitellər yoxlanılır.
Pozitiv nəticə
Müayinələr