Anti-ssDNA, insan zərdabında və ya plazmasında tək zəncirli DNT-yə qarşı IgG antitellərinin kəmiyyət, ELISA əsaslı, yarı-avtomatlaşdırılmış manual, in-vitro test sistemidir.
Sistem qırmızı qurdeşənəyi və dərman qurdeşənəyi xəstəliklərinin seroloji müayinəsi üçün istifadə olunur. Xəstəliyin aktiv və ya qeyri-aktiv formasından asılı olaraq qanda anti-ssDNA titrləri dəyişə bilər, belə ki, xəstəliyin kəskin residivləri zamanı 87%-ə qədər, qeyri-aktiv fazada isə - 43%-ə xəstələrdə müşahidə olunur. Histon antikorlarının aşkarlanması isə birlikdə, ss-DNA antikorlarının təyini dərman qurdeşənəyi xəstəliyinin differensial diaqnostikasında istifadə olunur. Pasiyetlərin 50%-dən çoxunda aşkar edilir. Anti-ssDNA kollagenoz və yuvenil idiopatik artrit xəstəlikləri zamanı aşkar olunur.
- Son qida qəbulundan 2 saat sonra.
- Müayinədən 1 saat öncə siqaretdən istifadə etməmək.
- Müayinədən 1 saat öncə fiziki və emosional gərginlikdən çəkinmək.
- Sistem qırmızı qurdeşənəyi xəstəliyindən şübhələndikdə.
- Dərman asılı qurdeşənəyi xəstəliyindən şübhələndikdə.
Nəticənin müsbət olması:
- Sistem qırmızı qurdeşənəyi xəstəliyi.
- Dərman asılı qurdeşənəyi xəstəliyi.
Nəticənin mənfi olması:
- Xəstəliyin olmaması.