Toxuma transqlütaminaza IgG

25 Azn

Toxuma transqlütaminaza AT IgG çölyak (seliakiya) xəstəliyin differensial diaqnostikasında istifadə olunur. Çöylak — həzm sistemi ilə əlaqədar irsi xəstəlikdir. Çöylak xəstəliyi zamanı insanın orqanizmində qlüten zülalına qarşı dözümsüzlük yaranır. Qlüten arpa, çovdar, buğda kimi yarmaların tərkibinə daxildir. Xəstənin bağırsaqlarına bu zülalın hətta mikroskopik miqdarı (milliqrammlar) düşdükdə orada iltihab və həzm və sovurma proseslərin pozulması yaranır. Nəticədə insanda qəbizliklə növbələşən ishal (həcmli üfunətli nəcis), ürəkbulanması, qusma, qarında köp, ağrılar, iştahanın azalması inkişaf edir. İltihablaşmış bağırsaq orqanizmin sağlamlığı və inkişafı üçün lazım olan maddələri tam şəkildə sovura bilmir və insan orqanizmində bir çox vacib maddələrin (dəmir, kalsium, zülallar, yağlar, vitaminlər və s.) çatışmazlığı yaranır. Məhz bu səbəbdən çöylak xəstəliyi olan uşaqların fiziki inkişafında geriləmə (az çəki, kiçik boy), anemiya (dəmir elementinin çatışmazlığına görə), diş və sümük problemləri (kalsiumun çatışmazlığına görə), dəridə səpgilər və s. müşahidə olunur.

  • Müayinədən 1 saat öncə siqaretdən istifadə etməmək.
  • Son qida qəbulundan 2 saat keçdikdən sonra
  • Xəstəliyin klinik əlamətləri olan pasiyentlərdə çölyak xəstəliyinin diaqnozu.
  • Risk faktorları olan xəstələrdə çölyak xəstəliyinin skrininqi üçün (irsi tarixçədə çölyak xəstəliyi, 1-ci tip şəkərli diabet, Daun sindromu).
  • Xəstənin glütensiz pəhrizə uyğunluğunu qiymətləndirmək.

Nəticənin normadan yüksək olması:

  • Çölyak xəstəliyi.