Müayinələr
Müayinələr
Xalq arasında topuq testi kimi tanınan bu müayinə, gələcəkdə ciddi metabolik və endokrin problemlərin, eləcə də zəka və fiziki inkişaf geriliyinin qarşısını almaqda mühüm rol oynayır. Erkən diaqnoz sayəsində xəstəliklər vaxtında aşkar edilir və müalicə imkanı yaranır. Körpənin sağlam gələcəyi üçün həyati əhəmiyyət daşıyan bu test, geri dönüşü olmayan sağlamlıq problemlərini vaxtında aşkar etmək üçün vacibdir.
Bu test yenidoğulmuşlarda dərhal nəzərə çarpmayan, hələ heç bir əlamət göstərməyən, lakin aylar və ya illər sonra ciddi metabolik və endokrin problemlərə səbəb ola biləcək xəstəlikləri erkən mərhələdə aşkar etməyə xidmət edir.
Xüsusi hazırlıq tələb etmir. Uşaq dünyaya gəldikdən ilk 24–48 saat başlamaqla 2 həftə ərzində aparılmalıdır.
Vacib nüans:
Topuq qanı alınmazdan öncə körpə ən azı 24 saat müddətində qida qəbulu etməlidir.
Müayinələr