Müayinələr
Müayinələr
Spayk zülalı SARS-COV-2 virusunun örtük qatını meydana gətirən 4 srtuktur zülaldan (S,E,M və N) biridir. SARS-COV-2 virusuna tacabənzər görünüşü verən həmin S zülalıdır, hansı ki krioelektron mikroskopda görülə bilir. S zülalının xüsusiyətlərindən biri də virusun hüceyrəyə daxil olmasında rol oynamasıdır. Bu isə onu yoluxucu edir.
İnfeksiyanın orqanizmə daxil olması ilə immun sistemi spesifik əkscisimlər və ya immunoqlobulinlər istehsal etməyə başlayır. S əkscisimlərinin təyini xəstəlikdən və peyvənddən sonra yaranmış immun cavabın varlığını müəyyənləşdirməyə imkan verir.
Bu testin nəticələri həkim tərəfindən digər klinik göstəricilərlə birlikdə qiymətləndirilməlidir. Nəticənin pozitiv olması immun cavabın formalaşdığını göstərsə də, qorunmanın müddəti və səviyyəsi fərqli ola bilər.
Qeyd: Analiz Semi quantitativ analiz olub nəticələrdə ölçü vahidi olmur.
Analizə gəlmədən öncə 2 saat müddətində qida qəbulu tövsiyyə olunmur.
İmmun cavabın təyini üçün spayk zülalına qarşı İgG əkscisim analizinin vaksinasiyanın 1-ci mərhələsindən 42 gün keçdikdən sonra verilməsi məsləhət görülür.
Covid -19 virusuna qarşı immunitetin yaranıb yaranmadığını və xəstəliyin keçirilib keçirilmədiyini bilmək üçün analiz istək edilir.
İgG immunitet göstəricisi olub nəticənin pozitib olması keçmişdə Covid 19 virusuna məruz qalındığını göstərir. İgG antitelinin pozitiv səviyyəyə çatması simptomlar başladıqdan 10-14 gün sonra aşkar olunur .
İgG nəticəsinin pozitiv olması eyni zamanda immunitetin göstəricisidir və virusa təkrar yoluxmadan qorunmanı göstərir. Lakin qorunma olsa da bunun hansı səviyyədə olacağı və hansı müddətdə qanda qalacağı hələ ki dəqiq məlum deyil.
Müayinələr