Covid-19 İgM

30 Azn

Covid-19 İgM testi infeksiyanın erkən mərhələsini aşkar etmək üçün istifadə olunur. İgM antiteli adətən yoluxmadan 7–10 gün sonra yaranır və 21 günə qədər qanda qalır, bəzi hallarda isə 30–35 günədək aşkar oluna bilər. Nəticənin pozitiv olması yaxın zamanda virusa yoluxmanı göstərə bilər, amma neqativ nəticə bəzən antitellərin hələ yaranmaması ilə bağlı ola bilər.

Bununla yanaşı, Covid-19 İgM nəticələri hər zaman digər analizlər, xüsusilə PCR testi və Covid-19 İgG analizi ilə birlikdə qiymətləndirilməlidir. Çünki yalnız İgM göstəricisi əsasında dəqiq diaqnoz qoymaq doğru deyil və nəticələrin düzgün şərhi həkim tərəfindən aparılmalıdır

Qida qəbulundan 2 saat sonra yaxınlaşa bilərsiniz.

  • Qızdırma
  • Quru öskürək
  • Nəfəsalmanın çətinləşməsi
  • Mədə bağırsaq traktının pozulması
  • İshal
  • Ümumi mədə ağrısı
  • İybilmə və dadbilmənin itməsi

Ağır simptomlar

  • Yüksək hərarət (40 C və daha çox)
  • Pnevmoniya

Analiz nəticəsinin pozitiv  olması qısa müddət əvvəl virusa yoluxmuş olmanızı göstərir.  Adətən yoluxmanın 7-10 cu günləri arasında yaranmağa başlayır və 21 günə kimi orqanizmdə qala bilir. Bəzi hallarda 30-35 günə kimi qanda  İgM aşkar oluna  bilər