Dünyada ən çox yayılan xəstəliklərdən biri kəskin bağırsaq infeksiyalarıdır. Həm uşaqlar arasında, həm də yetkin şəxslərdə çox rast gəlinir.
Kəskin bağırsaq infeksiyalarını bakteriyalar, viruslar, göbələklər və ibtidailər törədir. Daha çox bakterial mənşəli infeksiyalar rast gəlinir. Yoluxma bu yollarla baş verə bilir:
- Keyfiyyətsiz qida qəbulu
- Təmiz yuyulmamış göyərti-tərəvəz
- Qaynanmamış su
- Xəstə insanlarla kontakt
- Heyvanlarla kontakt
KBİ özünü qızdırma və bağırsaq sindromu ilə göstərir. Törədicidən asılı olaraq simptomlar dəyişə bilər. Kəskin bağırsaq infeksiyaları uşaqlarda və yaşlı şəxslərdə nisbətən ağır gedişə malikdir. Uşaqlar arasında xəstələnmə və ölüm göstəricisinə görə 3-cü yerdə dayanır.
Erkən simptomatika zamanı müalicəyə başlanması tam sağalma ilə nəticələnir. Gecikdirilmiş hallarda infeksiya xroniki formaya keçə bilər. Uşaq yaşlarında KBİ keçirən xəstələrin 25%-də sonradan mədə-bağırsaq sisteminin digər patologiyaları - mədəaltı vəzin funksiya pozğunluğu, ödçıxarıcı yolların patologiyası, bağırsağın disbakteriozu, funksional dispepsiya formalaşır.
Əgər vaxtında müalicə olunmazsa KBİ bu ağırlaşmalara gətirib çıxara bilər:
- Dehidratasiya – orqanizmin susuzlaşması. Orqanizmdən qusma və diareya vasitəsilə həddindən artıq suyun və duzun itirilməsi.
- İnfeksion-toksik Şok – yüksək qızdırma ilə özünü göstərir, hemodinamikanın pozulması ilə müşahidə olunur.
- Pnevmoniya – ağciyərlərin iltihabı (sətəlcəm)
- Kəskin böyrək çatışmazlığı
- Koproloji müayinəyə materialın toplanmasından öncə təmizləyici və müalicəvi imalələr etmək, işlədici preparatlar, aktivləşmiş kömür, Fe, Cu, Bi preparatları, yağ tərkibli şamlardan istifadə etmək olmaz.
- Material kolonoskopiya, mədə-bağırsaqların rentgenoloji müayinəsindən ən az 2 gün sonra toplanmalıdır.
- Materiala sidik və menstrual qanın qarışması yolverilməzdir.
- Kibrit qutusu və uşaq bezlərində daxil olan materiallar müayinə üçün yararsızdır. Əgər material lazımi konteynerə toplanmayıbsa, o zaman materiala baxış keçirilərək onun müayinəyə yararlılığı qiymətləndirilir. Əgər material müayinə üçün yararlıdırsa, o zaman steril quru şpatel vasitəsilə material nəcisin toplanması üçün nəzərdə tutulmuş konteynerə keçirilir.
- Nümunə götürüldükdən sonra mümkün qədər tez klinikaya catdırılmalıdır (Nümunələr götürüldükdən 8 saatdan çox olmamaq şərtilə ilin soyuq vaxtlarında sərin yerdə, isti vaxtlarda soyuducuda +4-8 ºC temperaturda saxlanıla bilər lakin bu hallarda götürülmə vaxtı bildirilməlidir.)
- Son antibiotik qəbulundan 14 gün keçməlidir.
- Qarın nahiyəsində ağrı,
- daimi ürəkbulanma,
- qida qəbulundan sonra qusma,
- diareya (ishal)
- nəcisin rənginin və strukturunun dəyişməsi və s.