Sidiyin bakterioloji analizi (kultural müayinəsi) sidikdə olan bakteriyaların növünü və miqdarını təyin etmək üçün aparılır. Bu məqsədlə sidik qidalı mühitə yerləşdirilir və baketriyaların inkişafı mü.ahidə olunur. Əgər mikroorqanizmlər inkişaf etmirsə nəticə mənfidir. Əgər mikroorqanizmin inkişafı aşkarlanırsa miqdarı ilə birgə qeyd olunur. Sidiyin bakterioloji analizi (kultural müayinəsi) sidikdə olan bakteriyaların növünü və miqdarını təyin etmək üçün aparılır. Bu məqsədlə sidik qidalı mühitə yerləşdirilir və baketriyaların inkişafı mü.ahidə olunur. Əgər mikroorqanizmlər inkişaf etmirsə nəticə mənfidir. Əgər mikroorqanizmin inkişafı aşkarlanırsa miqdarı ilə birgə qeyd olunur.
- Müayinə üçün material antibakterial, antiseptik və antifunqal müalicədən öncə və ya 2 həftə sonra götürülür.
- Hər bir material sterillik şərtlərinə əməl olunmaqla, həmin material üçün nəzərdə tutulmuş nəqliyyat mühitinə və ya quru steril qablara toplanır.
- Steril konteynerda 2 saat müddətində çatdırmaq lazımdır və ya pasiyent klinikada olduğu zaman da verilə bilər.
- Qadınlarda sidik müayinəsi üçün nümunə aybaşı qanaxmaları bitdikdən sonra və ya öncə götürülür. həmçinin bir gün öncə cinsi əlaqənin olmaması məqsədə uyğundur.
- Sidikçıxarıcı yolların infeksiyası
- Aparılan müalicənin dəyərləndirilməsi
- Hamiləlik
- Şəkərli diabet
- İmmunodefisit vəziyyətlər
- Rezistent floraya şübhə olduqda
Nəticə təyin edildi və ya təyin edilmədi şəklində verilir. Mikroorqanizm aşkarlanarsa onun həssas olduğu antibiotiklər dəyərləndirilir.