Sidiyin klinik analizi

12 Azn

Sidiyin ümumi analizi bir sıra xəstəliklərin diaqnostikasında və müalicəyə nəzərət məqsədi ilə istifadə olunur. Sidiyin ümumi analizi sidiyin fiziki və kimyəvi xüsusiyyətlərin təyin olunması və sidik çöküntüsünün mikroskopiyasından ibarətdir.

Analiz zamanı aşağıdakı parametrlər təyin olunur:

--Ümumi xüsusiyyətlər

--Sidik çöküntünün mikroskopiyası

  • Analizə bir gün qalmış sidiyin rəngini dəyişə bilən meyvə və tərəvəzləri (çuğundur,kök və s.) və diuretiklərin qəbul etmək olmaz.
  • Analizin verilməsindən qabaq cinsi orqanların gigiyenasını aparmaq lazımdır.
  • Qadınlarda menstruasiya zamanı sidik analizi vermək məsləhət görülmür.
  • Analiz birdəfəlik steril konteynlərdə verilməsi mütləqdir. Əgər material klinikadan kənarda toplanmışsa 2 saat ərzində klinikaya çatdırılmalıdır.
  • Bəzi dərman preparatların (aspirin,antibiotiklər,uroseptiklər) qəbulu analizə bir gün qalmış dayandırılmalıdır.
  • Alkoqol içkilərini də analizə bir gün qalmış istifadəsi dayandırılmalıdır.
  • Analizə 12 saat qalmış cinsi əlaqədə olmaq məsləhət görülmür.
  • Sistoskopiyadan sonra 1 həftə ərzində sidiyin ümumi analizi vermək olmaz.
  • Sidikçıxarıcı yolların xəstəlikləri
  • Profilaktik müayinələrdə
  • Xəstəliyin gedişatını nəzərdə saxlamaq,mümkün olan fəsadlarını və aparılan müalicənin qiymətləndirilməsi üçün.
  • Streptokokk mənşəli infeksiyanı keçirilən xəstələr üçün(tonzillit,skarlatin) sidik analizı sağalmadan1-2 həftə sonra verilməsi məsləhər görülür.

Miqdarı - Normada sutkada insan 0.8-2.0 l sidik ifraz edir (orta 1.5l). Sidik ifrazatın artması şəkərli  və şəkərsiz diabetdə rast gəlinir. Sutkalıq diurezin azalması həddən artıq tərləmədən ,qusma və ishaldan sonra olur

Rəngi. Normada sidiyin rəngi samanı-sarıdır. Sidikdə uroxrom piqmentinin olması ilə izah olunur. .Rəngin dəyişməsi rəngləyici birləşmələrin ifrazatı (qida,dərman ya kontrast maddəlirin təsirindən) ilə əlaqəlidir.

    Sidiyin rəngi

                             Vəziyyət

             Rəngləyici maddələr

Samanı-sarı

Ödemlər, yanıqlar, qusma,ishal,ürək çatışmazlığı zamanı ödemlər

Tünd-sarı

Ödemlər, yanıqlar, qusma,ishal,ürək çatışmazlığı zamanı ödemlər

Uroxromların yüksək konsentrasiyası

Solğun-sulu,rəngsiz

Şəkərsiz diabet,böyrəklərin konsentrasiya funksiyasının azalması, 
diuretiklərin qəbulu, hiperhidratasiya

Uroxromların aşağı konsentrasiyası

Narıncı-sarı

Bəzi vitaminlərin qəbulu,furaqin

Qırmızı-cəhrayı

Bəzi meyvə və tərəvəzlərin qəbulu(çuğundur, kök,qaragilə; dərmanlar - antipirin,aspirin)

Qırmızı

Böyrək sancıları,böyrək infarktı

Sidikdə eritrositlərin olması - hematuriya, hemoqlobinin,porfirinin, mioqlobinin olması

“Yuyulmuş ət suyunun” rəngi

Kəskin qlomerulonefrit

Hematuriya

Tünd-qonur

Hemolitik anemiya

Urobilinuriya

Qırmızı-qəhvəyi

Metronidazolun qəbulu, sulfanilamid preparatları,ayıqulağı bitkinin əsasında olan preparatlar.Fenol tərkibli preparatlar ilə zəhərlənməsi

Qara

Markiafava-Makialli xəstəliyi (paroksizmal gecə hemaqlobinuriyası)) 
Alkaptonuriya. Melanoma 

Hemoqlobinuriya
Homoqenzin turşusu 

Melanin(melanuriya)

Pivə rəngi
(açıq-qonur)

Parenximatoz sarılıq
(viruslu hepatit)

Bilirubinuriya,urobilinoqenuriya

Yaşılı-sarı 

Mexaniki(obturasion) sarılıq – öd daş xəstəliyi, mədə altı vəzinin baş hissəsinin törəməsi

Bilirubinuriya

Ağımtıl

Sidikdə fosfatların və lipidlərin olması

Süd rəngi

Böyrəklərin limfostazı,sidik yolların infeksiyası

Xiluriya,piuriya

 

Sidiyin şəffaflığı- Normada tam olmalıdır.

Sidiyin bulanması sidikdə eritrositlərin, leykositlərin,epitel hüceyrələri, bakteriyalar,yağ damcıları,çöküntüdə  duzların olması (uratlar,fosfatlar,oksalatlar), onların konsentrasiyasından, temperaturdan, pH, saxlanma şəraitində uzun müddət qaldığından  sidikdə bakteriyaların çoxalması nəticəsində ola bilər.

Sidiyin nisbi sıxlığı-orqanik maddələrin(sidik cövhəri,sidik turşusu,duzlar) elektrolitlərin(Cl,Na,K) və suyun ifrazatının miqdarından asılıdır. Diurez nə gədər çox olsa, bir o qədər sidiyin nisbi sıxlığı azalır.

 

 

Nisbi sıxlığın artması

Nisbi sıxlığın azalması

  • Kontrol olunmayan şəkərli diabet zamanı sidikdə qlükozanın olması
  • Sidikdə qlomerulonefrit və nefrotik zamanı zülalın olması
  • Dərman preparatları və onların metabolitləri
  • Damar daxili mannitolun,dekstranın, rentgenkontrast maddələrin vurulması
  • Az miqdarda mayenin qəbul olunması
  • Böyük həcmdə mayenin itirilməsi(qusma,diareya)
  • Hamiləliyin toksikozu
  • Oliquriya
  • Şəkərsiz diabet(nefrogen,mərkəzi,idiopatik)
  • Xroniki böyrək çatışmamazlığı
  • Böyrək kanalcəqların kəskin zədələnməsi
  • Poliuriya(sidikqovucu preparatların qəbulu nəticəsində)

Sidiyin kimyəvi müayinəsi

Sidiyin PH-ı. Sağlam insanların pH müxtəlif ola bilər(4.5-8.0). Adətən sidikdə zəif turş reaksiya qeyd olunur(5-6). Sidikdə pH səviyyəsinin dəyişikliyi  qidanın növündən asılıdır: ətli diet sidiyə turş,südlü və bitki tərkibli diet isə qələvi reaksiya verir.

 

pH artması

pH azalması

Metabolik və tənəffüs alkaloz

Xroniki böyrək çatışmamazlığı

Böyrək kanalcıqların asidizu( I və II tip)

Hiperkaliyemiya

Paratireoid vəzinin birincili və ikincili hiperfunksiyası

Karbon angidrazanın inhibitorları

Meyvə və tarəvəzlərin yüksək tərkibi ilə olan pəhriz

Uzun müddətli qusma

Sidik cövrərini parçalanan mikroorqanizmləri ilə törədilən sidik yolların infeksiyaları zamanı

Bəzi dərman preparatların qəbulu: adrenalin, nikotinamid,bikarbonat

Sidik-cinsiyyət orqanların törəmələri

Metabolik və tənəffüs asidoz

Hipokaliyemiya

Hipohidratasiya

Ac qalma

Şəkərli diabet

Vərəm

Qızdırma

Ağır diareya

Bəzi dərman preparatları: askorbin turşusu, kortikotropin, metionin

Ət zülalı ilə zəngin pəhriz, quşüzümü qəbulu.

 

Sidikdə zülal(proteinuriya)- böyrək patologiyası zamanı ən vacib laborator göstəricilərdən biridir. Sağlam insanlarda cuzi miqdarda sidikdə zülalın olması normadır(fizioloji proteinuriya).  Sidikdə zülal həmçinin sağlam insanlarda həddindən artıq emosional gərginlikdən, soyuqdəymədən sonra qeyd oluna bilər. Yeniyetmələrdə ortostatik proteinuriya müşahidə oluna bilər(horizontal vəziyyətdə).

Referens aralığı: <0.14 q/l

Sidikdə zülalın olması(Proteinuriya)

Nefrotik sindrom

Diabetik nefropatiya

Qlomerulonefrit

Nefroskleroz

Sidik kanalcıqlarda absorbsiyanın pozulması(Fankoni sindromu,ağır metallar ilə zəhərlənməsi,sarkoidoz, oraqvari anemiya)

Miyelom xəstəliyi(Bens-Jons zülalı sidikdə) və digər paraproteinemiyalar

Ürək çatışmamazlığı zamanı böyrəklərin hemodinamikasının pozulması

Sidik çıxarıcı yolların bədxassəli yenitörəmələri

Sİstit,uretrit və sidik çıxarıcı yolların digər infeksiyaları.

 

Sidikdə qlükoza. Normada sidikdə qlükoza olmamalıdır və ya 0.8 mmol/l-ə kimi aşkar oluna bilər.

Sidikdə qlükozanın təyini şəkərli diabetin diaqnostikası və antidiabetik müalicəsinin nəzəriyyəti üçün vacibdir.

Sidikdə qlükozanın olması(qlükozuriya)

Şəkərli diabet

Kəskin pankreatit

Hipertireodizm

Böyrək diabeti

Steroid diabet(diabetic xəstələrdə anabolic preparatların qəbulu)

Morfin,strixnin və fosfor ilə zəhərlənmə

Dempinq-sindrom

Kuşinq sindromu

Miokardın infarktı

Feoxromasitoma

Böyük travmalar

Yanöqlar

Böyrəklərin tubulointestinal zədələnməsi

Hamiləlik

Böyük miqdarda karbohidratların qəbulu

 

Sidikdə bilirubin. Bilirubin orqanizmdən xaric olan porfirin metabolitlərindən son məhsuludur. Sağlam insanların sidiyində minimal, müəyyən olunmayan miqdarda bilirubin var.

Referens normativi:mənfi.

Bilirubinin sidikdə aşkar olunması:

-mexaniki sarılıq

-viruslu heopatitlər

-qara ciyər sirrozu

-bədxassəli şişlərin qaraciyərə metastazları.

 

Sidikdə urobilinogen. Urobilinogen və sterkobilinogen bağırsaqlarda ödlə ifraz olunan bilirubindən əmələ gəlir. Normada sağlam insanların sidiyində urobilinogeninin izləri aşkar oluna bilər, sutkada onun ifrazatı 10 mkmol(6 mq) artıq olmur.

Kliniki praktikada urobilinogen təyini:

Qara ciyər parenximasının zədələnməsinin təyini üçün, əsasən sarılıq olmayan hallarda.

Sarılıqın differensial diaqnostikası məqsədi ilə (mexaniki sarılıq zamanı urobilinuriya yoxdur).

 

Sidikdə keton cisimləri (ketonuriya).

Keton cisimləri(aseton,aseton turşusu və beta-oksiyağ turşusu) gücləndirilmiş yağ turşuların katabolizmi nəticəsində əmələ gəlirlər. Keton cisimlərin aşkar olunması şəkərli diabet zamanı metabolik dekompensasiyanı təyin edilməsi üçün vacibdir. Şəkərli diabet ilə olan xəstələrdə ketonuriyanın monitoring qida rasionun düzgün olub olmaması üçün istifadə olunur.

Şəkərli diabetdən başqa ketonuriya prekomatoz vəziyyətlərdə, serebral komada, uzun müddət ac qalmadan sonra, ağır qızdırmalardan sonra, hiperinsulinizm, hiperkatexolemiyada, əməliyyat sonrakı dövrdə qeyd oluna bilər.

 

Sidikdə nitritlər. Normal sidikdə nitritlər olmamalıdır. Sidikdə nitritlər qida mənşəli nitratlardan və bakteriyaların təsiri altında əmələ gəlirlər (sidiyin sidik kissəsində 4 saatdan çox qalması zamanı).

Sidikdə nitritlərin aşkar olunması sidik yolların infeksiyasından xəbər verir. Mənfi nəticə isə bəzi hallarda infeksiyanı inkar etmir. Sidik yolların asimptomatik infeksiyalarına və xroniki piyelonefritə daha çox qızlar, qadınlar, yaşlı insanlar(> 70 yaşdan), prostat adenomasından əziyyət çəkən kişilər, diabet xəstələri, podaqra xəstələri, uroloji əməliyyatlardan və ya sidik yollarında olan instrumental müdaxilələrdən sonra tutulurlar.

 

Sidikdə hemoqlobin. Normal sidikdə hemoqlobin aşkar olunmur. Müsbət nəticə sidikdə sərbəst hemoqlobinin və ya mioqlobinin olmasını əks etdirir. Bu damardaxili və ya böyrəkdaxili sidikdə eritrositlərin hemolizin nəticəsidir.

                                               Sidikdə hemoqlobinin olması

1.Ağır hemolitik anemiyalar.

2.Ağır zəhərlənmələr(sulfanilamidlər,fenol,anilin,zəhərli göbələklər)

3.Sepsis

4.Yanəqlar

 

                                                 Sidikdə mioqlobinin olması

1.Əzələlərin zədələnməsi

2.Ağır fiziki gərginliyi,idman məşqləri daxil.

3.Miokardın infarktı.

4.Proqresivləşən miopatiyalar.

5.Rabdomioliz.

Sidik çöküntüsünün mikroskopiyası

Sidik çöküntüsündə komponentlərin mikroskopiyası 10 ml sidiyin sentrifuqadan keçirilməsindən sonra aparılır. Çöküntü sidikdə suspenziya olunmuş bərk cisimlərdən ibarətdir: hüceyrələr, silindrlər, əmələ gəlmiş zülallar, kristallar və ya kimyəvi maddələrin amorf yığını.

Sidikdə eritrositlər. Eritrositlər sidiyə qandan keçirlər.Fizioloji eritrosituriya 2 eritrosit/mkl. sidikdə təşkil edir və sidiyin rənginə təsir etmir. Müayinə zamanı sidiyin menstrual qan ilə çirklənməsini inkar etmək lazımdır..

Referens nəticə:  < 2 eritrosit görmə sahəsində.

 

                                      Sidikdə eritrositlərin miqdarı artması

1.Sidik çıxarıcı yolların daş xəstəliyi.

2.Sidik-cinsiyyət yolların yenitörəmələri.

3.Qlomerulonefrit.

4.Piyelonefrit.

5.Hemorragik diatezlər(antikoaqulyant terapiyasının keçirilməzliyi,hemofiliyalar,qanın laxtalanmasının pozulmasında,trombositopeniyalar və trombositopatiyalarda.

6.Sidik yolların infeksiyaları(sistit,urogenital vərəm)

7.Böyrəklərin zədələnməsi.

8.Böyrək damarları daxil arterial hipertenziyalar.

9.Sistemli qurd eşənəyi(lupus-nefrit).

10.Benzol, anilin (və onların törəmələri ilə),ilan zəhəri,zəhərli göbələklər ilə zəhərlənməsi.

11.Antikoaqulyantlar ilə qeyri adekvat terapiyası.

 

Sidikdə leykositlər. Sidikdə leykositlərin miqdarının artması (leykosituriya)- böyrəklərin və ya sidik yolların aşağı bölməsinin iltihabından xəbər verir.

Sidikdə leykositlərin həddən artıq olması, sidikdə makroskopik olaraq irin qeyd olunur-piuriya

Sidikdə leykositlərin artması böyrəklərin və sidik-cinsiyyət orqanların əksəriyyət xəstəliklərində qeyd olunur.

1.Kəskin və xroniki qlomerulonefrit,piyelonefrit.

2.Sistit,uretrit,prostatit.

3.Sidik axarların daşı

4.Tubulointerstisial nefrit

5.Lupus nefrit

6.Böyrək transplantantın uyğunsuzluğu.

 

Sidikdə epitelial hüceyrələr. Epitelial hüceyrələr sidik çöküntüsündə daim qeyd olunurlar.Epitelial hüceyrələr sidik-cinsiyyət sisteminin müxtəlif bölmələrdən əmələ gələ bilərlər.

 Yastı epitelial hüceyrələr sidik-cinsiyyət sisteminin aşağı bölmələri üçün xasdır. Sağlam insanların sidik çöküntüsündə də aşkar olunurlar və az diaqnostik əhəmiyyət daşıyırlar. Yastı epitelial hüceyrələrin artması sidik çıxarıcı yolların infeksiyası zamanı qeyd olunur.

Keçid epitelisi sidik kisəsinin, sidik axarların, böyrək ləyənciklərin, prostat vəzinin iri axarlarını döşəyən hüceyrələrdir. Keçid epitelial hüceyrələrin artması sistit, pielonefrit, böyrəkdaşı xəstəliyi zamanı müşahidə oluna bilər.

Sidikdə böyrək epitelial hüceyrələrin olması böyrək parenximasının zədələnməsindən xəbər verir(qlomerulonefrit, piyelonefrit,bəzi yoluxucu xəstəliklərində, intoksikasiyalarda, qan dövranın pozulmalarda). Sidik çöküntüsündə böyrək epitelial hüceyrələrin böyrək transplantasiyadan 3 gün sonra görmə sahəsində 15-dən artıq olması allotransplantantın ayrılmasından erkən xəbər verir.

                                            

Böyrək epitelial hüceyrələrin aşkarlanması

1.Piyelonefrit

2.İntoksikasiyalar(salisilatlar,kortizon,fenasetin,vismut preparatları,ağır metalların duzları ilə zəhərlənməsi,etilinqlikol)

3.Tubular nekroz

4.Böyrək transplantantın ayırması

5.Nefroskleroz

 

Sidikdə silindrlər. Silindrlər çöküntünün silindrik formalı elementləridir. Zülaldan, elementlərdən və müxtəlif əlavələrdən ibarətdirlər(hemoqlobin,bilirubin,piqmentlər,sulfanilamidlər)

Tərkibi və xarici görünüşə əsasən hialin, dənəvər, eritrositar, mumabənzər və s. silindrlər fərqləndirirlər.

 

Sidikdə hialin silindrlər

1.Böyrək patologiyası (kəskin və xroniki qlomerulonefrit,piyelonefrit,böyrək daşı xəstəliyi,böyrəklərin vərəmi, törəmələr)

2.Durğun ürək çatışmamazlığı.

3.Hipertermik vəziyyətlər

4.Ağır fiziki gərginlik

5.Yüksək arterial təzyiq

6.Diuretiklərin qəbulu.

 

Dənəli silindrlər

1.Qlomerulonefrit,piyelonefrit.

2.Diabetik nefropatiya

3.Viruslu infeksiyalar.

4.Qurğuşun ilə zəhərlənməsi.

5.Qızdırma

 

Mumabənzər silindrlər:

1.Xroniki böyrək çatışmamazlığı.

2.Böyrəklərin amiloidozu

3.Nefrotik sindrom

Eritrositar silindrlər(böyrək mənşəli hematuriya):

1.Kəskin qlomerulonefrit

2.Böyrəklərin infarktı

3.Böyrək venaların trombozu

4.Bədxassələ hipertenziya

 

Leykositar silindrlər

1.Piyelonefrit

2.Sistemli qurd eşənəyi zamanə lupus-nefrit

 

 

Epitelial silindrlər

1.Kəskin kanalcıq nekrozu

2.Viruslu infeksiya( misal kimi sitomeqalovirus)

3.Ağır metalların duzları ilə zəhərlənməsi,etilenqlikol.

4.Salisilatlar ilə həddən artıq istifadə etməsi

5.Amiloidoz

6.Böyrək transplantantın uyğunsuzluğu.

 

Sidikdə bakteriyalar. Sidikdə bakteriyaların aşkarlanması böyük əhəmiyyət daşıyır. Antibiotikoterapiyasından sonra sidikdə bakteriyalar 1-2 sutkadan çox qalmır. Səhər ilkin sidik porsiyanın müayinəsi məsləhət görülür.Sidikdə bakteriyaların növünü və onların antibiotiklərə qarşı xəssaslığını sidiyinn bakterioloji müayinəsi ilə öyrənmək olar. Normada bakteriyalar sidikdə olmamalıdır. Sidikdə bakteriyaların aşkarlanması:sidik yolların infeksiyaları(piyelonefrit,uretrit,sistit)

 

Maya göbələkləri. Sidikdə Candida tipli göbələklərin aşkarlanması kandidomikozdan xəbər verir, əsasən qeyri-rasional antibiotikoterapiyanın nəticəsində qeyd olunur.

İbtidailər sinfinə aid olan Trichomonas vaginalis sidikdə aşkar oluna bilər. Normada olmamalıdır.

 

Kristallar, duzlar. Sidik-müxtəlif duzlardan ibarət olan məhluldur. Onlar müxtəlif kristallar əmələ gətirərək çöküntü verirlər. Kristalların əmələ gəlməsinin aşağı temperatur kömək edir. Bu və ya digər duz kristalların sidik çöküntüsündə aşkarlanması sidiyin pH-nın turşu və ya qələvi tərəfə dəyişilməsindən xəbər verir. Sidikdə duzların həddindən çox olması konkrementlərin əmələ gəlməsinə kömək edir və nəticədə böyrəkdaşı xəstəliyi əmələ gəlir. Eyni zamanda sidikdə duz kristalların aşkarlanması adətən az diaqnostik əhəmiyyət daşıyır. Kristalların əmələ gəlməsinə yüksək dozalarda ampisillin və sulfanilamidlərin qəbulu gətirib çıxarır. Normada sidikdə duzlar olmamalıdır.

 

 

Piy turşuları normada aşkar olunmur. Nadir hallarda piy distrofiyasında,böyrək kanalcıqların epetelial örtüyü dağılması zamanı qeyd olunur.

Hemosiderin normada aşkar olunmur.Hemoqlobin dağılmasının məhsuludur. Damar daxili hemolitik sarılıqlarda sidikdə qeyd oluna bilər.

 

Sidikdə selik.

Selikli epitelial hüceyrələr ilə ifraz olunur. Normada sidikdə az miqdarda qeyd olunur. İltihab proseslərində sidikdə selikin miqdarı artır.