Mikoplazma və ureaplazma cinsi yolla keçən həm kişilərdə, həm qadınlarda geniş yayılmış infeksiyalardır. Mikoplazma və ureaplazma çox miqdarda olduqda iltihabı prosesə səbəb olan patogen mikroorqanizmlərdir. Belə ki, ureaplazmoz və mikoplazmoz qadınlarda uşaqlıq və əlavələrinin iltihabi xəstəliklərinə, sonsuzluğa, adəti düşüklərə, vaxtından öncə doğuşa, kişilərdə isə uretrit və prostatitə səbəb olur. Bəzən ureaplazmos trixomoniaz və kandidoz kimi xəstəliklərlə birlikdə inkişaf edir. Bu zaman xəstəlik daha ağır keçir.
Mycoplasma system plus – urogenital mikoplazmaların ( mycoplasma hominis və uraplasma urealyticum) təyini, identifikasiyasi və antibiotikə qarşı həssaslığın ölçülməsi üçün sistemdir. Test vaginal, uretral və eakulyatdan götürülən biomateriallarda yoxlanılır. Mycoplasma və ureaplasma ilə yanaşı Trichomonas vaginalis və Candida spp. kimi tez tez rast gəlinən infeksiyalarıda qiymətləndirilməsinə kömək edir.
Üstünlükləri nələrdir?
- tam diaqnostika
- birbaşa testlə vaxt və işə qənaət
- 22-48 saata nəticə
- Asan interpretasiya