QADINLAR üçün
Uşaqlıq yolundan yaxmanın müayinəsi ümumi mikrofloranın qiymətləndirilməsi, iltihab prosesinin və atipik hüceyrələrin aşkar olunması , kandidozun, trixomoniazın, qonoreyanın diaqnostikası və cinsi hormonların ifrazatının qiymətləndirilməsi üçün aparılır.
Qadının normal mikrofloranın tərkibinə 40 yaxın mikroorqanizm daxildir. Reproduktiv dövründə olan qadınlarda üstünlük təşkil edən mikroorqanizm süd turşusu bakteriyalarıdır (Laktobasillər 95-98%). Normal mikrofloranın qalan hissəsini stafilokokklar,korinebakteriyalar, klebsiyella, bağırsaq çöpü, qardnerella və anaerob bakteriyalar (baktereoid, prevotella, mikrokokklar və s.) təşkil edir. Az miqdarda Candida tipli maya göbələyi aşkar oluna bilər.
Laktobasillərin azalması nəticəsində mikrofloranın pozulması və şərti-patogen mikroorqanizmlərin artması (stafilokokk,streptokokk,bağırsaq çöpü və s.) disbioza gətirib çıxarır. Uşaqlıq yolunun disbiozu uşaqlığın və artımların iltihabı, sonsuzluq, uşaqlıqdankənar hamiləlik, düşük, dölün vaxtından tez doğulması və digər təhlükəli vəziyyətlər ilə nəticələnə bilər. Disbiozun yaranmasına gigiyenik normalara riayət olunmaması, hormonal pozulmalar, metabolizmin pozulması, geniş spektrli antibiotiklərin qəbulu gətirib çıxarır.
Aşağıdakı parametrlər müayinə olunur:
- Yastı epitelinin mütləq olması,onun yoxluğu epitelial hüceyrələrin atrofiyası, estrogenlərin çatışmazlığı və yaxud androgenlərin artmasından xəbər verə bilər
- Leykositlərin görmə sahəsində miqdarı 15 çox olmamalıdır. Artması iltihab prosesin olmasından xəbər verir.
- Çubuq tipli bakteriyalar(laktobasillər) normal mikrofloranı təşkil edirlər.
- Kokklar və diplokokklar-qram(-) diplokokkların aşkar olunması qonoreyadan xəbər verir.
- Açarvari və atipik hüceyrələr bakterial vaginoz üçün xasdır
- Hərəkət edən bakteriyaların(trixomonadlar) nativ yaxmada aşkar olunması trixomoniaz üçün xasdır.
- Eritrositlər uşaqlıqdan qanaxmalar,eroziyalar və şişlər zamanı aşkar olunur.
Bakterial vaginoz qeyri-spesifikdir, iltihab prosesinə oxşayır,uşaqlıq yolu ifrazatında patogen mikroorqanizmlər aşkar olunmur. Hal-hazırda bakterial vaginoz uşaqlıq yolunun disbakteriozu kimi qiymətləndirilir.
Bakterial vaqinoz zamanı fakultativ anaerbların artması nəticəsində anoma aminlərin əmələ gəlməsi çoxalır.Vaqinal pH artmas nəticəsində ,aminlər uçar olur,bu isə uşaqlıq yolun ifrazatının tipik “balıq iyi” səbəbi olur.
Trixomoniaz.Qadın cinsiyyət orqanların spesifik iltihabı xəstəlikdir. Diaqnostikası Qram üsulu və yaxud nativ preparatlarda ilə boyanmış yaxmalarda trixomonadların bakterioskopik üsulə aşkar olunmasıdır.
Qonoreya. Törədici-qonokokk.Uşaqlıq yolunun yaxmaların müayinəsi zamanı hüceyrədaxili qonokokkların yerləşməsi xasdır(leykosit daxili).
Kandidoz. Cinsiyyət orqanların kandidozu Candida tipli maya gobələklər ilə törədilir.Kandidoz zamanı(kəskin fazada) uşaqlıq yolu möhtəviyyatında laktobasillər az miqdarda aşkar olunurlar(və yaxud olmur). 75% xəstələrdə pH 5.0-5.5.Bu kandidozun diaqnostikası üçün çox informativdir.
Mikrofloranın qiymətləndirilməsi:
- + və yaxud görmə sahəsində< 10 -əhəmiyyətsiz/cuzi;
- ++ və yaxud görmə sahəsində 11 – 10- orta miqdarda;
- +++ və yaxud görmə sahəsində 100 – 1000-çox miqdarda/əhəmiyyətli;
- ++++ və yaxud görmə sahəsində >1000 –iri miqdarda.
Bakterioloji əkilməyə göstərişlər:
- Orta və çox miqdarda olan leykositar reaksiyalarda (yaxmada bakteriyalar aşkar olunmayanda)
- Şərti-patogen mikroorqanizmlərin morfotipləri bakterioskopiya zamanı görmə sahəsində hətta tək-tək olduğu halda, onun növ və tipini müəyyənləşdirməsi üçün ,antibiotik preparatlarına həssaslığın öyrənilməsi və etioloji əhəmiyyətin qiymətləndirilməsi məqsədi ilə ;
- Laktobasillərin, klostridiyaların, eubakteriyaların, propionbakteriyaların və s. differensial diaqnostikası üçün.
- Göbələklərin növünün öyrənilməsi və onlara qarşı antimikotik preparatların müəyyənləşdirilməsi.;
- Bakterial vaginozda (əgər qeyri-spesifik iltihab prosesi və orta miqdarda leykositar reaksiyası ilə müşayiət olunursa)
Nəticəyə təsir edə bilən amillər: antiseptik preparatların yerli istifadəsi, antibiotiklərin, göbələk əleyhinə preparatlar, hamiləliyin qarşısını alan preparatlar.
İltihab prosesin ümumi göstəriciləri leykositlər(neytrofillər və eozinofillər),limfoid elementləri və makrofaqların olmasıdır.
KİŞİLƏR üçün
Urogenital yaxmasının mikroskopik müayinəsi sidik kanalının (uretranın) mikroflorasını,uretrada iltihab prosesini (uretrit) və bir sıra spesifik törədiciləri (qonoreya,trixomonada,kandidoz) müəyyənləşdirməyə imkan verir.
Kişilərdə uretranın mikroflorası əsasən epidermal stafilokokk, alfa-hemolitik streptokokkların bəzi növləri, korinebakteriyalar və az miqdarda Ureaplasma urealyticum ilə təmsil olunur.
Sidik yollarının yuxarı hissəsi steril olmalıdır. Uretranın normal mikroflorasnın pozulmasına şəxsi gigiyena qaydalarına əməl olunmaması, geniş spektrli antibiotiklərin qəbulu və maddələr mübadiləsinin pozulması gətirib çıxarır.
Uretranın mikrofloranın vəziyyətinin qiymətləndirilməsinə yaxmanın bakterioskopik üsul ilə müayinəsi imkan verir. Bu müayinə ümumi bakteriyaların miqdarı, epitelin vəziyyəti, mikrofloranın tərkibi, iltihabın, kandidozun, trixomoniazın, qonoreyanın müəyyənləşdirilməsi üçün nəzərdə tutulub.
Kişilərdə qonoreyanın diaqnostikası üçün bakterioskopiya üsulunun həssalığı 98% təşkil edir.
Kandidoz üçün yaxmada psevdomisellilərin olması, trixomoniaz üçün-trixomonadların olması xasdır.Uretrada törəmələr zamanı atipik epitelial hüceyrələr aşkar oluna bilər.
Sidik-cinsiyyət orqanların ifrazatı təxmini müayinə üsuludur. Törədicinin dəqiq identifikasiyası, onun antimikrob preparatlarına həssalığın öyrənilməsi üçün bakterioloji müayinə aparılmalıdır- müayinə olunan materialın antibiotiklərə qarşı həssaslığı ilə əkilməsi həyata keçirilməlidir.
Kişilərdə urogenital yaxmasının bakterioskopiyasında viruslar, xlamidiyalar, mikoplazma, ureoplazma aşkar olunmur. Ona görə bu mikroorqanizmlərin diaqnostikası üçün digər müayinə üsullarından istifadə etmək lazımdır: zəncirvari-polimeraz reaksiya(ZPR) və immunoferment analiz(İFA).
QADINLAR üçün
- Cinsi pəhriz - 2 gün
- Kolposkopiya müayinəsindən 24 saat sonra
- Vaginal USM müayinəsindən əvvəl
- Vaginal şam qəbulundan 3 gün sonra verilməlidir.
- Müayinə götürüləcəyi günü dərindən yuyunmaq olmaz. ( ilıq su ilə yuyunma mümkündür).
KİŞİLƏR üçün
- Müayinə götürüləcəyi gün sidiyə çıxılmamalıdır
- və ya son sidik ifrazından 3-4 saat keçməlidir
- Antibiotik tərkibli dərmanların qəbulundan 14 gün keçməlidir
- Sidik-cinsiyyət orqanlarında iltihab əlamətləri
- Profilaktiki baxış
- Hamiləlik
- Müalicənin effektliyinin qiymətləndirilməsi
- Antibiotik qəbulu zamanı mikrofloranın vəziyyətinin kontrolu
- Uretradan ifrazat
- Sidik ifrazı zamanı və ya sonrası ağrı
- Cinsi orqanların ödemi və qızarması
- Tez-tez sidik ifrazı
- əvəzedici hormonal terapiyanın, immunsupressiv terapiyanın aparılması
- Profilaktik müayinə