Gardnerella vaginalis DNT

30 Azn

Qardnerellyoz (bakterial vaginoz) ən çox yetkinlik yaşına çatmış qadınlarda rast gəlinir. Xəstəlik uşaqlıq yolu mikroflorasının pozulması nəticəsində meydana çıxır.

Qardnerellyoz hamiləliyin ağırlaşmasına səbəb ola bilər: iltihabi xəstəliklər, uşaqlıq qanaxmaları, doğuşdansonrakı endometrit, yenidoğulmuşlarda pnevmoniya və s.

Qadınlardan yaxma analizi götürülən zaman vacib şərtlər:

  • Cinsi pəhriz  - 2 gün
  • Son sidik  ifrazından 3 saat keçdikdən sonra
  • Kolposkopiya müayinəsindən 24 saat sonra
  • Vaginal USM müayinəsindən əvvəl
  • Vaginal şam qəbulundan 3 gün sonra
  • Antibiotik tərkibli dərmanların qəbulundan 14 gün keçməlidir.
  • Müayinə götürüləcəyi günü dərindən yuyunmaq olmaz. ( ilıq su ilə yuyunma mümkündür). 

Kişilərdən  yaxma analizi götürülən zaman vacib şərtlər:

  • Müayinə götürüləcəyi gün sidiyə çıxılmamalı və ya son sidik ifrazından  3-4 saat keçməlidir
  • Antibiotik tərkibli dərmanların qəbulundan 14 gün keçməlidir

 

  • Uşaqlıq yolunun divarlarında boz-ağ rəngli kreməbənzər ifrazatın olması
  • Pis qoxulu (balıq qoxulu) ifrazatın olması
  • Uşaqlıq yolunun iltihabi xəstəlikləri
  • Cinsi akt zamanı uşaqlıq yolunun qıcıqlanması
  • Hormonal statusun dəyişilməsi
  • İmmunoloji reaktivliyin azalması
  • Bağırsaq mikrobiosenozunun dəyişilməsi
  • Keçirilmiş antibiotikoterapiya
  • Sidik-cinsiyyət siteminin keçirilmiş iltihabi xəstəlikləri
  • Hormonal vasitələrin, immunodepressantların qəbul edilməsi

Müayinənin nəticəsi  “müəyyən edildi” və ya “müəyyən edilmədi” kimi göstərilir.

“müəyyən edildi” araşdırılan bioloji materialda Gardnerella vaginalis-ə spesifik DNT fraqmenti müəyyən edilir;  Gardnerella vaginalis infeksiyası aşkarlanır.

“müəyyən edilmədi”: araşdırılan bioloji materialda Gardnerella vaginalis-ə spesifik DNT fraqmenti aşkarlanmır və ya nümunədəki törədicinin konsentrasiyasının testin həssaslıq həddindən daha aşağı olduğu aşkarlanır.