Bioloji materialdakı az miqdarda viral hissəciklər belə PCR ilə aşkar edilə bilər. İnfeksiya vaxtından asılı olmayaraq, əkscisimlərin hələ formalaşmadığı dövrdə də, herpes viruslarını təyin etməyə imkan verir.
Ən çox görülən növlər 1 və 2-ci herpesdir. Hər ikisi də yoluxucudur və selikli qişada açıq yaralar əmələ gətirən kiçik vezikulların yaranmasına səbəb olur. HSV-1-də ağız ətrafında və ağızda vezikkullar görülsə də, HSV-2 adətən cinsi bölgələrə təsir edir.
Herpes simplex virusu, dəridə veziküllər olarsa və bəzən dəri üzərində görünən lezion olmasa da, dəri ilə təmas yolu ilə yoluxa bilər. HSV-2 tez-tez cinsi yolla keçən xəstəlik olaraq adlandırılır.
Birincili infeksiya halında, ağrılı qabarcıqlar adətən infeksiya yerində iki həftədən sonra əmələ gəlir və çox vaxt dörd həftədən sonra yox olur. Cinsiyyət orqanlarında, anus, qalça və ya budda görünür və daha sonra yayıla bilər. Soyuqdəymə və boğaz ağrısı , qrip kimi simptomlarla da qarşılaşa bilərsiniz.
Herpeslə yoluxmada hər zaman qabarcıqlar əmələ gəlmir. Bəzən xəstəliyin simptomları o qədər zəif olur ki, həşərat sancması və ya allergiya kimi başqa bir şeylə səhv salına bilər. İnfeksiya bədənə daxil olduqdan və yayıldıqdan sonra, herpes virusu gizli formada olur. Stres və ya immunitetin azalmasına səbəb olan digər xəstəliklər ilə yenidən aktivləəşə bilər. Əksər hallarda, herpes simplex sağlamlıq üçün təhlükəli deyil, ancaq ciddi xəstəliklərə səbəb ola bilər: yenidoğulmuşun herpesi (uşaq doğuş zamanı ananın cinsiyyət nahiyəsində olan səpkilərdən yoluxmuş olarsa) və ensefalit. Bunlar ciddi, sağalmaz sinir xəstəliklərinə və hətta ölümə səbəb ola bilər. Aşağıdakı amillər herpes xəstəliyinə tutulma riskini artırır:
- İmmun sistemini zəiflədən xəstəliklər (məsələn, HİV / AİDS),
- transplantasiya.
Hal-hazırda, herpesin müalicəsi yoxdur, ancaq yayılmasını azaldan, həmçinin viral infeksiyanın kəskin mərhələsinin müddətini qısaldan və xəstəliyin əlamətlərini aradan qaldıran antiviral dərmanlar var.
QADINLAR üçün
- Cinsi pəhriz - 2 gün
- Kolposkopiya müayinəsindən 24 saat sonra
- Vaginal USM müayinəsindən əvvəl
- Vaginal şam qəbulundan 3 gün sonra verilməlidir.
- Müayinə götürüləcəyi günü dərindən yuyunmaq olmaz. ( ilıq su ilə yuyunma mümkündür).
KİŞİLƏR üçün
- Müayinə götürüləcəyi gün sidiyə çıxılmamalıdır
- və ya son sidik ifrazından 4-5 saat keçməlidir
- Antibiotik tərkibli dərmanların qəbulundan 14 gün keçməlidir
Kişilərdə və qadınlarda cinsiyyət orqanlarında herpes virusu infeksiyasını təyin etmək və müalicəsinə nəzarət etmək.
Hamiləlikdən əvvəl və hamiləlik dövründə qadının herpes üçün müayinəsi (infeksiya riski varsa).
Lazım gələrsə, genital herpes infeksiyası varlığının təyini.
Pozitiv nəticə
Orqanizm virusa yoluxmuşdur. Nəticə, tədqiqat zamanı müəyyən edilmiş genetik materialın miqdarından asılı olaraq dəyərləndirilir
Neqativ nəticə
Cinsiyyət orqanlarının herpes virusu ilə yoluxmaması.