Müayinələr
Müayinələr
Urogenital traktın epitel hüceyrələrindən alınan yaxmada mikoplazmanın (Mycoplasma hominis) polimeraz zəncir reaksiyası vasitəsi ilə “real vaxt” rejimində müəyyən olunur.
Hal-hazırda mikoplazma şərti-patogen mikroblara aiddir.
Mikoplazma cinsi yolla ötürülür, qonokok mənşəli olmayan uretrit və prostatitin, kiçik çanaq orqanlarının iltihabi xəstəliklərinə, hamiləlik və döl patologiyalarına, qadınlarda və kişilərdə sonsuzluğun yaranmasına səbəb ola bilir.
Bu mikroorqanizmləri 15-50% sağlam qadınlarda (rast gəlmə tezliyi hamiləlik müddətində artır) və 8-9% sağlam kişilərdə təyin olunur.
Analitik göstərici: Polimeraz zəncir reaksiyası vasitəsi ilə Mycoplasma hominis DNT-nın kliniki nümunədə aşkar edilməsi.
Qadınlardan yaxma analizi götürülən zaman vacib şərtlər:
Kişilərdən yaxma analizi götürülən zaman vacib şərtlər:
Müayinənin nəticəsi “müəyyən edildi” və ya “müəyyən edilmədi” kimi göstərilir.
“müəyyən edildi” araşdırılan bioloji materialda Mycoplasma hominis-ə spesifik DNT fraqmenti müəyyən edilir; Mycoplasma hominis infeksiyası aşkarlanır.
“müəyyən edilmədi”: araşdırılan bioloji materialda Mycoplasma hominis-ə spesifik DNT fraqmenti aşkarlanmır və ya nümunədəki törədicinin konsentrasiyasının testin həssaslıq həddindən daha aşağı olduğu aşkarlanır.
Müayinələr