Ureaplasma ur/parv. DNT

30 Azn

Ureaplazma şərti-patogen mikrobdur, cinsi yolla ötürülür.  Qonokok mənşəli olmayan uretrit və prostatitə, kiçik çanaq orqanlarının iltihabi xəstəliklərinə səbəb ola bilir.  Həmçinin  hamiləlik və döl patologiyaları, qadınlarda və kişilərdə sonsuzluğun yaranmasına gətirib çıxara bilir.

Sağlam Ailə Tibb Mərkəzində Ureaplazmanın genetik materialı- DNT-si PZR (polimeraza zəncirvari reaksiyası)  üsulu ilə təyin olunur.

Sadalanan biomateriallarda ureaplazmanın təyini mümkündür:

  • Urogenital yaxma
  • Sidik
  • Eyakulyat
  • Prostat vəzi şirəsi
  • Bioptat
  • Abortiv material
  • Yaxmada urogenital traktın xroniki infeksion etiologiyasının müəyyən oluması
  • İltihabi xəstəlik
  • Planlaşdırılmış iltihab (müayinəni həm qadında, həm də kişidə aparmaq tovsiyyə olunur, xüsusi ilə cinsi orqanların xroniki xəstəlikləri və pielonefrit zamanı)
  • Hamiləlik (xüsusi ilə uşaqlıqdan kənar)
  • Sonsuzluq
  • İmmunitetin zəifləməsi
  • Antibiotikterapiyanın effektivliyinin kontrolu (antibakterial preparatları qəbul etdikdən sonra 1 ay sonra)
  • Profilaktik skrininq müayinəsi

Qadınlardan yaxma analizi götürülən zaman vacib şərtlər:

  • Cinsi pəhriz  - 2 gün
  • Son sidik  ifrazından 3 saat keçdikdən sonra
  • Kolposkopiya müayinəsindən 24 saat sonra
  • Vaginal USM müayinəsindən əvvəl
  • Vaginal şam qəbulundan 3 gün sonra
  • Antibiotik tərkibli dərmanların qəbulundan 14 gün keçməlidir.
  • Müayinə götürüləcəyi günü dərindən yuyunmaq olmaz. ( ilıq su ilə yuyunma mümkündür). 

Kişilərdən  yaxma analizi götürülən zaman vacib şərtlər:

  • Müayinə götürüləcəyi gün sidiyə çıxılmamalı və ya son sidik ifrazından  3-4 saat keçməlidir
  • Antibiotik tərkibli dərmanların qəbulundan 14 gün keçməlidir

Müayinənin nəticəsi  “müəyyən edildi” və ya “müəyyən edilmədi” kimi göstərilir.

“müəyyən edildi” araşdırılan bioloji materialda Gardnerella vaginalis-ə spesifik DNT fraqmenti müəyyən edilir;  Gardnerella vaginalis infeksiyası aşkarlanır.

“müəyyən edilmədi”: araşdırılan bioloji materialda Gardnerella vaginalis-ə spesifik DNT fraqmenti aşkarlanmır və ya nümunədəki törədicinin konsentrasiyasının testin həssaslıq həddindən daha aşağı olduğu aşkarlanır.