Beyin qan dövranının bərpası

129 Azn

Beyin qan dövranının pozulması yaddaş zəifləməsi, diqqət və konsentrasiya çətinliyi, koqnitiv funksiyaların enməsi və nəticə etibarilə ümumi iş qabiliyyətinin azalması ilə müşayiət oluna bilər. Beyin toxumalarında oksigen və qida maddələrinin çatışmazlığı xroniki yorğunluq, emosional gərginlik və baş ağrılarının inkişafına səbəb olur.

Bu kimi halların korreksiyası məqsədilə tətbiq olunan intravenoz terapiya beyin damar sistemini dəstəkləyərək neyronların fəaliyyətinin bərpasına, metabolik proseslərin tənzimlənməsinə və kəllə-beyin travmaları və insultlardan sonra reabilitasiya müddətinin qısaldılmasına töhfə verir.

İnfuziya məhlulunun tərkibindəki bioaktiv komponentlər damarların genişlənməsinə, arteriya və venaların tonusunun normallaşmasına, eləcə də beyin hüceyrələrinə oksigen və qida maddələrinin effektiv daşınmasına kömək edir.

Eyni zamanda bu maddələr adenozin trifosfat (ATP) sintezini aktivləşdirərək neyronların enerji potensialını artırır, sinapsların plastiklik qabiliyyətini gücləndirir və sinir toxumasının bərpasına şərait yaradır.

Mərkəzi sinir sisteminin reseptor strukturlarına təsiri sayəsində damcı terapiyası narahatlıq səviyyəsini azaldır, emosional fonu stabilləşdirir və idrak funksiyalarının dəstəklənməsinə kömək edir.

                                                     Aydın düşüncə üçün beynimizi sağlam qidalandırmağı unutmayaq!

  • Zehni və fiziki iş qabiliyyətini artırır:Hüceyrədaxili enerji metabolizmasının stimullaşdırılması nəticəsində orqanizmin ümumi performansı və dözümlülüyü yüksəlir.
  • Xroniki yorğunluq və ümumi zəifliyi azaldır:Neyronların enerji ehtiyatları bərpa olunur, bu da orqanizmin bərpa potensialını və adaptasiya imkanlarını artırır.
  • Yuxu rejimini normallaşdırır:Mərkəzi sinir sisteminin reseptor strukturlarına tənzimləyici təsir göstərərək yuxu-oyanıqlıq ritmini sabitləşdirir.
  • Narahatlıq və gərginliyi azaldır:Vegetativ sinir sistemi vasitəsilə stressə qarşı cavab reaksiyalarını tənzimləyərək emosional stabillik yaradır.
  • Beyin qan dövranını yaxşılaşdırır:Damarların genişlənməsi və tonus balansının bərpası nəticəsində beyin toxumalarına oksigen və qida maddələrinin çatdırılması optimallaşır.
  • Yaddaş və öyrənmə qabiliyyətini gücləndirir:Sinir hüceyrələri arasında implusların ötürmələrin effektivliyi artır, bu da neyroplastiklik və koqnitiv funksiya üzərində müsbət təsir göstərir.
  • Neyron əlaqələrinin bərpasını dəstəkləyir:Sinir toxumasının regenerasiyasını və yeni neyron yollarının formalaşmasını təşviq edir.
  • Yaşa bağlı damar elastikliyinin azalmasının qarşısını alır:Damar divarlarının funksional vəziyyətini dəstəkləyir.
  • Demensiya riskini azaldır:Koqnitiv geriləmə ilə əlaqəli vaskulyar dəyişikliklərin qarşısının alınmasına və beyin funksiyalarının qorunmasına töhfə verir.
  • Xroniki beyin qan dövranı çatışmazlığı olan,yüngül insult və mikroinsult keçirən ,Serebral ateroskleroz (beyin damarlarında daralma və perfuziya pozuntusu) olan şəxslər;
  • Yaddaşın zəifləməsi və unutqanlıqla müşahidə olunan hallar;
  • Konsentrasiya pozğunluğu və zehni aktivliyin azalması;
  • Demensiya və Altsheymer xəstəliyinin ilkin mərhələləri və risk daşıyanlar;
  • Uzunmüddətli psixoemosional gərginlik və stress şəraitində olanlar;
  • Ağır xəstəlik və ya cərrahi müdaxilədən sonra bərpa mərhələsində olanlar;
  • Yuxusuzluq və ya səthi yuxu halından əziyyət çəkən şəxslər;
  • Narahatlıq, əsəbilik, emosional dəyişkənlik və yüngül depressiv əlamətlər rast gəlinən şəxslər;
  • Alkoqol və ya digər psixoaktiv maddələrdən istifadə sonrası abstinent sindrom (alkoqol maddələrin qəbulunun qəfil dayandırılması zamanı fiziki və psixi narahatlıq halı) yaşayanlar.