Collagen Booster

299 Azn

Collagen Booster terapiyası -dərinin sağlamlığını və gənc görünüşünü qorumaq üçün hazırlanmış, kolagen və elastin kimi əsas struktur zülalların təbii bərpasını və istehsalını stimullaşdıran xüsusi bir prosedurdur. Tərkibindəki vitaminlər, minerallar və güclü antioksidantlar sayəsində bu terapiya orqanizmin öz kollagen sintezini dəstəkləyir və dəriyə dərinlikdən can verir.

Kolagen – dərinin elastikliyini, möhkəmliyini və dolğunluğunu təmin edən əsas zülaldır. Lakin yaşın irəliləməsi, ultrabənövşəyi şüalar, stress və qeyri-sağlam həyat tərzi kimi faktorlar kolagenin azalmasına səbəb olur. Bu isə öz növbəsində dəridə sallanma, incəlmə, quruluq və qırışların yaranması ilə nəticələnir.

Collagen Booster terapiyası bu təbii geriləmə prosesini yavaşlatmağa və bədəni yenidən aktiv kollagen istehsalına təşviq etməyə yönəlib. Prosedur zamanı tətbiq olunan maddələr yalnız yeni dəri hüceyrələrinin formalaşmasını sürətləndirmir, eyni zamanda mövcud dəri toxumasını qorumağa və bərpa etməyə kömək edir. Nəticədə dəri daha hamar, parlaq və canlı görünür.

Bundan əlavə, terapiya oksidativ stressi azaldır, iltihabi prosesləri yumşaldır və dərinin ümumi müdafiə qabiliyyətini artırır. Beləliklə, estetik təsirlə yanaşı, terapevtik fayda da təmin edilir.

Collagen Booster -dərinin iç qatlarından başlayaraq onu canlandıran, yaşlanma əlamətlərini azaldan və dərinin təbii parlaqlığını geri qaytaran təhlükəsiz və effektiv bir yanaşmadır. 

  • Kollagen istehsalını stimullaşdırır;
  • Dərinin elastikliyini və möhkəmliyini bərpa edir;
  • Dərin nəmlənməsini və parlaqlığını artırır;
  • Antioksidant müdafiə təmin edir;
  • Enflamasiya əleyhinə təsir göstərir;
  • Dəri tonunu bərabərləşdirir və ləkələrin qarşısını alır;
  • Yaşlanma əleyhinə təsir;
  • Yeni dəri hüceyrələrinin yaranmasını dəstəkləyir.
  • 30 yaşdan yuxarı şəxslər;
  • Dərisində ilkin yaşlanma əlamətləri görünənlər;
  • Quru, mat və cansız dəriyə sahib olanlar;
  • Qırışlar və dəri sallanması yaşayanlar;
  • Hiperpigmentasiya və dəridə ton fərqi olanlar;
  • Stresli həyat tərzi keçirənlər və şəhər mühitində yaşayanlar;
  • Estetik prosedurlardan sonra bərpa prossesini sürətləndirmək stəyənlər;
  • Profilaktik məqsədlə dərisini qorumaq istəyənlər.