Immune Booster IV terapiyası, orqanizmin immun sistemini gücləndirmək, xəstəliklərə qarşı müqaviməti artırmaq və sağalma prosesini sürətləndirmək məqsədilə hazırlanmış güclü damardaxili müalicə protokoludur.
Bu terapiya vitaminlər, minerallar, antioksidantlar və mikroelementlərlə zənginləşdirilmiş xüsusi infuzion qarışıqlardan ibarətdir. Maddələrin birbaşa qan dövranına verilməsi onların hüceyrələrə sürətli və effektiv çatmasını təmin edir, nəticədə təsir qısa zamanda hiss olunur.
Immune Booster terapiyası hər bir şəxsin sağlamlıq vəziyyətinə əsaslanaraq fərdi şəkildə tərtib olunur. Müalicə öncəsi həkim tərəfindən klinik göstəricilər qiymətləndirilir və ehtiyaclara uyğun dozalarla terapiya planlaşdırılır. Bu yanaşma həm effektivliyi artırır, həm də təhlükəsizliyi təmin edir.
- İmmunitet sistemini gücləndirir;
- Xəstəliklərdən sağalma müddətini qısaldır;
- Xəstəliklərə qarşı profilaktik qorunma imkanı yaradır;
- Bədənin özünü bərpaetmə qabiliyyətini gücləndirir;
- Cərrahi əməliyyatlardan öncə və sonra immun sistemini dəstəkləyərək, sağalma prosesini sürətləndirir və infeksiya riskini azaldır;
- Enerji səviyyəsini yüksəldir, xroniki yorğunluq və halsızlığı azaldır;
- Streslə mübarizəni asanlaşdırır, yuxu keyfiyyətini yaxşılaşdırır.
- İmmun sistemini profilaktik olaraq gücləndirmək istəyən sağlam şəxslər;
- Müalicə prosesində olan və bərpa prossesini sürətləndirmək istəyən xəstələr;
- İdmançılar və yüksək fiziki aktivliyə malik insanlar;
- Stress, yuxusuzluq və yorğunluq yaşayanlar.