Kişi sağlamlığı

129 Azn

 Gündəlik həyatın yüksək fiziki və emosional tələbləri ,uzunmüddətli stress, qeyri-sağlam qidalanma, alkoqol istifadəsi və yuxu pozuntuları kimi faktorlar zamanla hormonal balansın pozulmasına və orqanizmin ümumi funksional vəziyyətinin zəifləməsinə səbəb ola bilər.

Bu hallarda bədən “xroniki stress rejiminə” keçir və kortizol kimi stress hormonlarının səviyyəsi artır. Nəticədə qarın piylənməsi, arterial təzyiqin yüksəlməsi, xroniki yorğunluq, testosteron səviyyəsinin azalması, cinsi istək və funksiyaların zəifləməsi müşahidə olunur. Eyni zamanda emosional balans pozulur, konsentrasiya çətinləşir və əsəbilik artır.

Kişi sağlamlığına yönəlik intravenoz (IV) terapiya, bədənin ehtiyac duyduğu vitaminlər, amin turşuları və mikroelementlərlə zənginləşdirilmiş məhlullar vasitəsilə hüceyrə səviyyəsində dəstək göstərir. Bu terapiya:

• Damar divarlarının elastikliyini artırır və qan dövranını yaxşılaşdırır;
• İmmunitet sisteminin funksiyasını gücləndirir;
• Zehni fəaliyyət və konsentrasiyanı artırır;
• Enerji səviyyəsini yüksəldir və ümumi halsızlığı azaldır;
• Hormonal tarazlığı dəstəkləyir və testosteron sintezini stimullaşdırır;
• Orqanizmdə yığılan toksinlərin xaricini sürətləndirir;

Terapiya başlamazdan əvvəl pasiyentin sağlamlıq göstəriciləri qiymətləndirilir və fərdi infuzion proqram tərtib olunur.

Kişilər üçün IV terapiya aşağıdakı əsas istiqamətlər üzrə aparılır:

  1. Androgen stimullaşdırılması:Testosteron səviyyəsinin təbii yollarla dəstəklənməsi

  2. Stresoproteksiya:Sinir sisteminin stressə qarşı davamlılığının artırılması

  3. Detoksifikasiya:Toksinlərin bədəndən xaric olunması və metabolik tarazlığın bərpası

  • Hormonal tarazlığı tənzimləyir, xüsusilə testosteron səviyyəsini dəstəkləyir;
  • Yuxu rejimini normallaşdırır, daha dərin və bərpaedici yuxu təmin edir;
  • Stressə qarşı dayanıqlığı yüksəldir, emosional tarazlığı qoruyur;
  • Motivasiya hissini gücləndirir, enerjini artırır;
  • Fiziki və emosional yüklənmələrə qarşı dözümlülüyü artırır;
  • Xroniki yorğunluğu və halsızlığı azaldır;
  • Zehni aktivliyi, diqqəti və yaddaşı gücləndirir.
  • Davamlı stres və emosional yüklənmə ilə yaşayanlar:Yüksək məsuliyyət, intensiv iş rejimi və daimi emosional gərginlik kişilərdə sinir sisteminin tükənməsinə səbəb ola bilər. IV terapiya emosional sabitliyi bərpa edir.
  • Xroniki yorğunluq və enerji çatışmazlığı yaşayanlar:Gün ərzində tez yorulan, yuxudan sonra belə tükənmiş hiss edənlər üçün infuziya yolu ilə bədənə enerji verən maddələrin çatdırılması enerji balansını normallaşdırır, güc və canlılıq hissini bərpa edir.
  • Libido və cinsi funksiyalarda zəiflik yaşayanlar:Testosteronun azalması və qan dövranının zəifləməsi cinsi istək  üzərində mənfi təsir yaradır. IV terapiya hormon tarazlığını dəstəkləyir, qan axınını yaxşılaşdırır və bu sahədəki diskomfortu azaldır.
  • Yaddaş və diqqət problemi olanlar:Zehni aydınlığın azalması, fokuslanma çətinliyi və yaddaş zəifləməsi produktivliyi ciddi şəkildə azalda bilər. Kapilyar səviyyədə dövranın dəstəklənməsi və beyin üçün zəruri maddələrin verilməsi zehni performansı əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
  • Alkoqol istifadəsi fonunda orqanizmi yüklənmiş olanlar:Spirtli içkilər bədəndə vitamin və mineral çatışmazlığına, qaraciyər funksiyalarının pozulmasına səbəb olur. IV terapiya bu yükü yüngülləşdirir, detoksikasiya prosesini dəstəkləyir və bərpa gücünü artırır.
  • Çəkisini tənzimləmək və metabolizmini sürətləndirmək istəyənlər:IV terapiyada istifadə olunan yağ metabolizmasını stimullaşdıran tərkiblər, orqanizmin enerji istehsalını artıraraq arıqlama prosesinə dəstək olur və maddələr mübadiləsini sürətləndirir.