Stomatoloji praktikada intravenoz (IV) terapiya ən çox sedasiya və anesteziya məqsədilə tətbiq olunur. Xüsusilə diş müalicələrindən öncə yüksək narahatlıq və qorxu hiss edən pasiyentlərdə (məsələn, diş çəkimi, implantasiya və ya ağız-cərrahiyyə müdaxilələri zamanı) damar yolu ilə sakitləşdirici və ya anestezik maddələrin verilməsi, prosedurun həm pasiyent, həm də həkim üçün daha komfortlu keçməsinə şərait yaradır. Belə yanaşma ağrının qarşısını almaqla yanaşı, emosional stressi də azaldır.
Sedasiya ilə yanaşı, bərpaedici IV terapiya da stomatologiyada mühüm rol oynayır. Uzunmüddətli və invaziv müdaxilələrdən sonra pasiyentin maye-elektrolit balansı pozula bilər və bu zaman orqanizmin dəstəyə ehtiyacı artır. Bu halda xüsusi infuzion məhlullar vasitəsilə bədənin su-duz balansı tənzimlənir, toxumaların bərpası sürətlənir və ümumi reabilitasiya prosesi asanlaşır.
Travmatik və cərrahi prosedurlardan sonra isə bəzi pasiyentlərdə ağızdan qida və dərman qəbulu çətinləşdiyindən, intravenoz şəkildə qidalandırıcı maddələrin və dərmanların tətbiqi orqanizmin gücdən düşməsinin qarşısını almaqda mühüm əhəmiyyət daşıyır.
Qeyd olunmalıdır ki,stomatoloji IV terapiya tibbi göstərişlə və funksional məqsədlə tətbiq olunur. Bu terapiya forması sedasiya, iltihabəleyhinə dəstək və ya cərrahi müdaxilə sonrası reabilitasiya üçün xüsusi olaraq həkim nəzarətində həyata keçirilir.
- Ağrısız və stresssiz müdaxilə imkanı yaradır:IV sedasiya sayəsində pasiyentlər diş çəkimi, implantasiya və digər cərrahi stomatoloji prosedurları ağrı və qorxu hiss etmədən, tam rahat şəkildə keçirə bilirlər.
- Travmatik diş təcrübəsi olan pasiyentlər üçün ideal yanaşmadır:Keçmişdə mənfi təcrübə yaşamış və ya diş həkimi qorxusu olan şəxslər üçün emosional rahatlıq təmin edilir, prosedura uyğun psixoloji hazırlıq asanlaşır.
- Tez və effektiv təsir göstərir:Dərman maddələrinin birbaşa qan dövranına verilməsi onların təsir gücünü artırır və nəticəni daha qısa müddətdə əldə etməyə imkan verir.
- Uzunmüddətli müdaxilələrdən sonra bərpa prosesini sürətləndirir:IV terapiya elektrolit balansının bərpasına, maye itkisi və metabolik yükün kompensasiyasına kömək edir, eyni zamanda immun sistemin fəaliyyətini gücləndirir.
- Qidalanmada çətinlik yaşayan pasiyentlərə dəstək verir:Əməliyyatdan sonra ağızdan qida və ya dərman qəbulunda çətinlik çəkən şəxslərə orqanizmin ehtiyac duyduğu vitamin və minerallar birbaşa damar yolu ilə çatdırılır.
- İltihab və infeksiyaya qarşı müdafiəni artırır:Tərkibindəki antiinflamatuar və immunomodulyator komponentlər sayəsində iltihabi proseslərin qarşısı alınır, infeksiyalara qarşı müqavimət güclənir.
- Diş həkimi qorxusu və yüksək narahatlıq yaşayan pasiyentlər;
- Ağrılı, irəliləmiş və müdaxilə tələb edən stomatoloji problemləri olan şəxslər;
- Uzunmüddətli və travmatik ağız-cərrahiyyə əməliyyatlarından sonra bərpaya ehtiyac duyanlar;
- Əməliyyatdan sonra qida və dərman qəbulunda çətinlik çəkən pasiyentlər;
- Əvvəllər dərmanlara qarşı həssaslıq və ya allergik reaksiya yaşamış şəxslər;
- İmmunitet sistemi zəifləmiş və daha sürətli reabilitasiyaya ehtiyacı olanlar.