Başdönməsi tez-tez təkrarlanırsa, bu bir sıra pozulma və xəstəliklərin əlaməti ola bilər. Bu halda mütləq həkimə müraciət etmək lazımdır. İlk növbədə terapevtin müayinəsindən keçin. Lazım olduqda terapevt xəstəni digər həkimlərin (LOR, nevropatoloq, nevroloq, ortoped və s.) müayinələrinə göndərə bilər.
Beləliklə, tez-tez təkrarlanan başgicəllənmə bu kimi hallarda meydana çıxa bilər:
- vestibulyar (bədənin müvazinətini nizama salan mərkəz) sinirlərin iltihabı,
- daxili qulağın iltihabı (eşitmə qabiliyyətinin azalması, qulaqdan hər hansı ifrazatların gəlməsi ilə müşayiət olunur),
- baş beyini şişləri (güclü baş ağrıları, ürəkbulanması, qusma ilə müşayiət olunur),
- miqren (baş ağrısı, ürəkbulanması, qusma, qulaqlarda küy və s. kimi simptomlarla müşayiət olunur),
- Menyer xəstəliyi (bu xəstəlik güclü başgicəllənmələri tutmaları, bir qulaqda eşitmə qabiliyyətinin azalması, ürəkbulanması, qusma ilə müşayiət olunur),
- baş və boyun travmaları (xüsusilə avtomobil qəzalardan sonra),
- boyun osteoxondrozu (başgicəllənməsindən əlavə xəstə boyun nahiyyəsində ağrılar və hərəkətliliyin pozulmasını hiss edir),
- beyin qan dövranı pozulması, insult. Bu halda başgicəllənməsi uzunsürən olur, xəstədə qollarda və ayaqlarda keyimə hissi, nitqin pozulması (xəstə hətta öz adını aydın deyə bilmir) və s. ağır simptomlar meydana çıxır. Dərhal "təcili yardım" çağırmaq və xəstəni xərəkdə xəstəxanaya çatdırmaq lazımdır.
Hamiləlik zamanı qadın orqanizmində ciddi dəyişikliklər baş verir ki, bunun nəticəsində qadında tez-tez başgicəllənmələri ola bilər. Adətən bunun səbəbi hamilə qadınların qanında qlükozanın səviyyəsinin və ya qan təzyiqinin aşağı düşməsidir.
Başgicəllənmə
Başgicəllənmə mextəlif səbəblərdən qaynaqlana bilər. Bu problemin simptomları periferik, mərkəzi, sistemik və ya psixogen səbəblərdən qaynaqlana bilər. Müasir diaqnostika metodlarına vestibulyar testlər, maqnit rezonans tomoqrafiya, qan analizləri və psixoloji qiymətləndirmə daxildir. Başgicəllənmənin müalicəsində fizioterapiya, medikamentoz terapiya, psixoterapiya və bəzi hallarda alternativ tibbi yanaşmalar tətbiq edilir. Simptomun qarşısını almaq üçün düzgün qidalanma, keyfiyyətli yuxu, stressin idarə edilməsi və balans gücləndirici fiziki məşqlər tövsiyə olunur. Həyat keyfiyyətini artırmaq üçün başgicəllənmənin səbəbləri vaxtında müəyyən edilməli və uyğun müalicə tədbirləri görülməlidir. Bunun üçün Sağlam Ailə-yə müraciət edə bilərsiniz.