Simptomlar

Burun tutulması

Burun tutulması bəzi xəstəliklərin simptomu ola bilər

  • Soyuqdəymə xəstəliyi başlayanda burun əvvəl tutulur, daha sonra isə xəstənin burnundan qatı selik ifraz olunmağa başlayır. Bu hal adətən 1 həftəyə kimi davam edir və sonra keçir. Zökəmlə mübarizə aparmaq üçün burun damcılarından istifadə edilir. Damcılar müxtəlif olur. Belə damcıların müəyyən əks-göstərişləri mövcuddur ki, onları yalnız həkim təyin etməlidir.
  • Əgər selik ifraz olunmur, lakin burun tutulub və insan burunla nəfəs ala bilmir, bu çox təhlükəli simptomdur. Bu sinusitlərin (haymorit, frontit və s.) əlaməti ola bilər. Bu zaman burun ətrafı sinuslarda (boşluqlarda) irin yığılır, insanın burnu tutulur, burun nəfəsalması pozulur. Sinusitlər ciddi xəstəliklərdir. Onlar antibiotiklərin köməyi ilə müalicə olunur.
  • Əgər burun tutulub, selik isə ifraz olunmur, bu allergiyanın əlaməti ola bilər. Allergiyanın səbəbi toz, gül tozcuqları, qida, heyvanlar və s. ola bilər.
  • Hormonal dəyişikliklər da burun tutulmasına səbəb ola bilər. Belə ki, hamiləlik zamanı bir çox qadınlar burun tutulmasından əziyyət çəkir.
  • Ev havasının həddən artıq quru olması da burun tutulmasına səbəb ola bilər. Bu xüsusilə qışda, evdə istilik sistemləri işlədikdə baş verir.
  • Damardaraldan damcılarla sui-istifadə də burun tutulmasına səbəb ola bilər.
  • Anadangəlmə və qazanılmış burun çəpərinin əyriliyi burun nəfəsalmasına mane olur.
  • Burun boşluğunda poliplər əmələ gələ bilər. Bu poliplər vaxt keçdikcə böyüyür və burun boşluğunu tutur. Nəticədə insanın burun nəfəsalması pozulur.

Uzun müddətdavam edən burun tutulması zamanı LOR həkimə müraciət etməyiniz tövsiyə olunur.

Qrip zamanı burun tutulması

Qrip zamanı burun tutulması ən çox rast gəlinən əlamətlərdən biridir. Xüsusilə payız və qış aylarında bu problemlər daha çox artır. Burun niyə tutulur? Burun selikli qişasının iltihabı və şişməsi nəticəsində yaranan burun tutulması nəfəs almağı çətinləşdirir və narahatlıq yaradır. Təbii vasitələrlə bu problemi qismən aradah qaldırmaq olur. Aşağıdakı üsullardan istifadə edə bilərsiniz:

  • İsti buxar inhalasiyası: Burun yollarını açmaq üçün faydalıdır.
  • Duzlu su spreyi: Burundakı quruluğu aradan qaldırır və seliyi yumşaldır.
  • Antihistaminlər və dekongestantlar: Lakin həkim məsləhəti ilə istifadə edilməlidir.

Uşaqlarda burun tutulması

Uşaqlarda burun tutulması daha həssas bir vəziyyət yaradır, çünki onlar nəfəs almaqda böyüklərə nisbətən daha çox çətinlik çəkirlər. Burun tutulması uşaqların rahat yatmasına, qidalanmasına və ümumi əhval-ruhiyyəsinə mənfi təsir göstərə bilər. Uşaqlarda burun tutulmasının əsas səbəbləri bunlardır:
Uşaqlarda burun tutulmasının əsas əlamətləri:

  • Çətinləşmiş nəfəs alma
  • Gecələr yaranan burun tıxanıqlığı
  • Yemək yeyərkən narahatlıq

Uşaqlarda burun tutulmasının müalicəsi

Uşaqlarda burun tutulmasının müalicəsi zamanı xüsusi diqqət tələb olunur. Bəzi təsirli üsullar bunlardır:

  • Duzlu su məhlulu: Uşaqlar üçün xüsusi burun spreyləri istifadə edilə bilər.
  • Otaq nəmləndiriciləri: Nəfəs yollarını nəmləndirmək üçün faydalıdır.
  • Həkim məsləhəti ilə dərmanlar: Xüsusilə antihistaminlər və ya dekongestantlar.
  • Buxar terapiyası: Uşağın yaşına uyğun şəkildə tətbiq edilməlidir.

Uşaqlarda burun tutulması davamlı hal alırsa, mütləq pediatra müraciət edilməlidir. Sağlam Ailə-nin peşəkar həkimlərinə etibar edə bilərsiniz. 
 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi