Dişəti xəstəliklərinin ilk və ən əhəmiyyətli əlaməti dişəti qanamasıdır. Sağlam dişəti qanamaz.
Genetik amillər, siqaret, hormonal dəyişikliklər, düzgün olmayan ağız gigiyenası, dərman istifadəsi, diabet, düzgün hazırlanmamış qapaq və ya körpülər, düzgün qidalanmama dişəti qanamasına səbəb ola bilər.
Dişlərdə qaşıntı və narahatlıq hissi, dişətlərində çəkilmələr, dişlərdə laxlamalar, diş və dişəti kənarında qara sahələr, ağız qoxusu və ağızda pis dad, dişətlərində yanma, qızartı, şişkinlik dişəti xəstəliyinin simptomlarıdır.
Dişətləriniz qanayırsa, dişətində infeksiya ola bilər, və ya dişlər iltihab yaranma təhlükəsi ilə qarşı-qarşıyadır. Bu halda dişlərinizi fırçalamağa davam edin, lakin mütləq şəkildə stomatoloqa müraciət etmək lazımdır.
Diş əti qanaması və müalicəsi
Diş əti qanaması, adətən diş ətlərinin iltihabı, düzgün ağız gigiyenasının olmaması və ya vitamin çatışmazlığı səbəbindən yaranır. Bu problemi həll etmək üçün dişlərinizi müntəzəm və yumşaq fırça ilə təmizləmək, antibakterial qarqaralardan istifadə etmək və qidalanmanıza C və K vitaminləri ilə zəngin qidalar daxil etmək vacibdir. Şiddətli hallarda isə peşəkar diş həkiminə müraciət edərək, diş daşlarının təmizlənməsi və müalicə prosesinə başlamaq tövsiyə olunur. Diş əti qanaması müalicə olunmadıqda, daha ciddi diş və diş əti xəstəliklərinə yol aça bilər, buna görə vaxtında tədbir görmək böyük əhəmiyyət daşıyır.