Qarın ağrısı
Qarın ağrısı insan orqanizmində müxtəlif səbəblərdən qaynaqlana bilər. Demək olar ki, bu problem ən çox yayılmış bir narahatlıqdır. Hər yaş qrupunda rast gəlinən qarında ağrı yüngül narahatlıqdan şiddətli ağrılara qədər dəyişə bilər. Həzm sistemi ilə bağlı qəbizlik, qaz, mədə xorası və ya bağırsaq infeksiyaları kimi problemlər tez-tez qarın ağrısına səbəb olur. Əgər qarın ağrısı davamlı və ya şiddətlidirsə, bu, ciddi tibbi müdaxilə tələb edə bilən bir vəziyyətin işarəsi ola bilər.
Müalicə üçün ilk addım qarın ağrısının səbəbini düzgün müəyyən etməkdir. Yüngül hallarda maye qəbulunu artırmaq, düzgün qidalanma və istirahət kimi sadə tədbirlər kifayət edə bilər. Həzm sistemi problemləri üçün antiasidlər və ya probiotiklərdən istifadə etmək faydalı olacaqdır. Əgər qarın ağrısı sizi narahat edirsə, vaxt itirmədən Sağlam Ailə həkimlərinə müraciət edin.
Qarın ağrısı zamanə nə etməli?
Qarın ağrısı zamanı əvvəlcə ağrının səbəbini aydınlaşdırmaq və nədən qaynaqlandığını tapmağa çalışmaq vacibdir. Ağrı yüngüldürsə, rahat bir yerə uzanaraq bədəni boşaltmaq, ilıq su içmək və ya qarına ilıq kompres tətbiq etmək kömək edə bilər. Bununla yanaşı əgər qarın ağrısı varsa, həzm problemlərindən şübhələnirsinizsə, yüngül və yağsız qidalar qəbul etmək, qəbizlik zamanı isə lifli qidalara üstünlük vermək mütləqdir. Qızdırma, qusma, qanlı nəcis və ya güclü ağrı kimi ciddi əlamətlər olduqda, dərhal həkimə müraciət edin. Ağrıkəsiciləri yalnız həkim məsləhəti ilə istifadə edin və qarın ağrısını gözardı etməyin, çünki bu, daha ciddi bir problemin göstəricisi ola bilər. Əgər mütəmadi olaraq bu problemdən əziyyət çəkirsinizsə, Sağlam Ailə-yə müraciət edə bilərsiniz.