Simptomlar

Saç tökülməsi

Saç tökülməsi - əsrin aktual problemlərindən biridir. Buna əvvəllər orta yaş insanlarda daha çox rast gəlinsə də, hazırda gənclər arasında da yetərincə artım müşahidə olunur. Saç tökülməsinin bir çox səbəbləri vardır: 

  • Dəridə olan zədə və xəstəliklər
  • Hormonal pozğunluq
  • Ağır infeksion xəstəliklər 
  • Qanda vacib vitamin və mikroelement çatışmazlığı
  • Sinir sisitemi ilə bağlı problemlər və s.

Saç problemlərinin kökü tək dəri ilə kifayətlənməyib, endokrinologiya, nevrologiya, və s. tibb sahələri ilə sıx əlaqəlidir.

Siz də saç tökülməsinin qarşısını almaqda çətinlik çəkirsinizsə "Sağlam Ailə Tibb Mərkəzi"nin təqdim etdiyi check-up müayinəsindən faydalana bilərsiniz.

Saç tökülməsi və müalicəsi

Saç tökülməsi müxtəlif daxili və xarici faktorların təsiri ilə baş verə bilən geniş yayılmış bir problemdir. Demək olar ki, gündəlik olaraq müəyyən saç tellərinin itirilməsi halı baş verir. Əsas səbəblər arasında genetik faktorlar (androgenetik alopesiya), hormonal dəyişikliklər, qidalanma çatışmazlığı, stres, dərmanların yan təsirləri və bəzi xəstəliklər yer alır. Saç tökülməsinin qarşısını almaq və müalicə etmək üçün ilk addım problemin səbəbini dəqiq müəyyənləşdirməkdir. Dermatoloqa müraciət etməklə dəri və saç analizi aparılır, uyğun müalicə təyin olunur. Müalicə variantları arasında qidalanmanın yaxşılaşdırılması da vacib yer tutur. Zülal, vitamin və minerallarla zəngin qidalar saç sağlamlığını dəstəkləyir. 
Saç tökülməsi ilə bağlı problem erkən mərhələdə müəyyən edilərsə, daha effektiv və uzunmüddətli nəticələr əldə etmək mümkündür. Siz də saç tökülməsinin qarşısını almaqda çətinlik çəkirsinizsə "Sağlam Ailə Tibb Mərkəzi"nin təqdim etdiyi check-up müayinəsindən faydalana bilərsiniz.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi