Simptomlar

Sidiyi saxlaya bilməmək

Sidiyi saxlaya bilməmək qeyri-iradi sidik axması deməkdir.  Qadınların 15%-i  ömründə heç olmasa 1 dəfə bu halla qarşılaşır. Ən çox rast gəlinən stress əsaslı sidik qaçırmadır. Qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir.  Əsasən aşağıda sadalanan hallarda müşahidə olunur:

  • Öskürəndə
  • İdmanla məşğul olanda
  • Güləndə
  • Ağır bir əşya qaldıranda
  • asqıranda
  • ayağa duranda

Qeyd olunan fəaliyyətlər zamanı  çanaqda təzyiq yüksəldiyindən (xüsusən sidik kisəsi dolu olduqda) sidikqaçırma baş verir.

Sidiyi saxlaya bilməməyin mümkün səbəblər:

  • Hamiləlik və doğuş -  doğuş zamanı toxuma, əzələ və ya sinir zədələnməsi baş verə bilər ki, bu da doğuşdan  sonra (həm ilkin dönəmdə, həm də illər sonra) sidikqaçırmaya səbəb ola bilər. Təbii doğuş, çoxdöllü hamiləlik,  ağırçəkili döl, doğuş öncəsi sancı dövrünün uzun çəkməsi həmçinin çanaq əzələlərinin zəifliyinə gətirib çıxara bilər. Hamiləlik zamanı və doğuş sonrası çanaq əzələləri məşqlərini etmək sidikqaçırma riskini azalda bilər.
  • Yaş faktoru – yaşlandıqca çanaq əzələləri və uretral sfinkter zəifləyir
  • Kiçik çanaqda keçirilmiş əməliyyat – prostat xərçənginə görə əməliyyat olunan kişilərdə stress asılı sidik saxlaya bilməmək yarana bilər.
  • Histeroktomiya – uşaqlığın cərrahi yolla çıxarılması

Sidiqaçırmanı daha da gücləndirə və ya başlamasına səbəb ola bilər:

  • Şəkərli diabet
  • Çoxlu alkoqol və ya kofein qəbulu
  • Xroniki öskürəyə səbəb olan xəstəliklər
  • Sidik sintezini artıran dərman maddələrinin qəbulu
  • Artıq çəki
  • Siqaretçəkmək
  • Sidik yolu infeksiyaları

Müalicə:
İlk növbədə sidik kisəsi ilə bağlı olan problemlər təyin edilməlidir, müalicə ondan asılı olaraq aparılır. Əksərən müalicəyə ilk növbədə çanaq əzələlərinin məşqi  ilə başlanılır. Əgər bu üsul kömək olmasa dərman maddələri , xüsusi tibbi cihazlar və cərrahi müdaxilədən istifadə olunur.

Sidiyə gedə bilməmək

Sidik kisəsinin tam boşalmaması və ya sidik ifrazının mümkün olmaması ilə xarakterizə olunan bir vəziyyətdir. Bu problem müxtəlif səbəblərdən yarana bilər. Problem həm kəskin, həm də xroniki formada özünü göstərə bilir. Ciddi ağrı, narahatlıq və sidik kisəsində həddindən artıq dolğunluq hissi ilə müşayiət olunarsa, bu zaman həkimə müraciət etmək lazımdır. Sidiyə gedə bilməməyin əsas səbəbləri arasında:
Sidik yollarının tıxanması (sidik daşları, prostat böyüməsi, sidik kanalı darlığı), 
Sinir sistemi xəstəlikləri (məsələn, diabetik nöropatiya, beyin və onurğa beyni zədələnmələri), 
Bəzi dərmanların yan təsirləri (antidepressantlar, antihistaminlər, opioidlər), 
Sidik kisəsi əzələlərinin zəifləməsi və sidik yolu infeksiyaları yer alır. Bundan əlavə, psixoloji faktorlar, stres və həyacan da sidik ifrazını çətinləşdirə bilər.
Müalicə səbəbə əsaslanaraq dəyişir və ilkin mərhələdə həkim tərəfindən sidik kisəsinin ultrasəs müayinəsi, sidik axınının ölçülməsi və laborator analizlər aparılır. Müalicə üsulları arasında dərman vasitələri, sidik kateterizasiyası və bəzi hallarda cərrahi müdaxilə yer ala bilər. Ev şəraitində isə maye qəbulunu artırmaq, idrar edərkən rahat mühit yaratmaq və sidik kisəsini yumşaq hərəkətlərlə stimullaşdırmaq tövsiyə olunur. Vaxtında müdaxilə edilmədikdə isə sidik saxlanması böyrək çatışmazlığı, infeksiya və sidik kisəsinin daimi zədələnməsi kimi ciddi fəsadlara yol aça bilər. Əgər sidiyə getmə ilə bağlı çətinlik uzun müddət davam edirsə və ya birdən-birə baş veribsə, mütləq həkimə müraciət etmək vacibdir. Sağlam Ailə-nin peşəkar həkimlərinə güvənə bilərsiniz. 
 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi