Bu xəstəlik zamanı toyuqlar kimi yaxşı işıqlandırılmamış yerlərdə - alaqaranlıq otaqda, axşam vaxtı çöldə gözlər yaxşı görmür. Bu səbəbdən xəstəliyə "toyuq korluğu" deyilir.
Toyuq korluğunun səbəbləri
- İrsi olaraq ötürülə;
- Digər xəstəliklərin simptomu kimi meydana çıxa;
- Vitamin çatışmazlığı zamanı müşahidə oluna bilər.
Anadangəlmə toyuq korluğu müalicə olunmur.
Toyuq korluğunun inkişafına səbəb olan faktorlar:
- gözlərin yorulması
- yuxusuzluq
- infeksiyalar
- sinir sistemi pozğunluğu
- spirtli içkilərin qəbulu və siqaret çəkmək
- fasiləsiz şəkildə kompüterdən istifadə
Toyuq korluğu əlamətləri
Toyuq korluğu, A vitamini çatışmazlığından qaynaqlanan və qaranlıqda və ya zəif işıqlandırılmış şəraitdə görmə qabiliyyətinin zəifləməsi ilə xarakterizə olunan bir göz problemidir. Bu vəziyyət müalicə edilməzsə, daha ciddi görmə problemlərinə səbəb ola bilər.
- Toyuq korluğu əlamətləri olaraq:
- Zəif işıq şəraitində görmənin çətinləşməsi
- Gecə vaxtı görmə itkisi
- İşıqdan qaralığa keçiddə uyğunlaşma problemi
- Tünel görmə
- Parlaq işıqlara qarşı həssaslıq
- Görmə bulanıqlılığı
- Göz qıcıqlanması və quruluq kimi əsas problemləri göstərə bilərik.
Toyuq korluğu əsasən A vitamini ilə zəngin qidaların az qəbul edilməsi ilə əlaqəlidir. Əsas risk qrupuna uşaqlar, hamilə qadınlar və qida çatışmazlığı olan şəxslər daxildir. Toyuq korluğunun qarşısını almaq üçün pəhrizdə süd məhsulları, yumurta, yerkökü, ispanaq və digər A vitamini mənbələri artırılmalıdır.
Əgər bu əlamətlər müşahidə olunarsa, mütləq həkimə müraciət etmək və müvafiq müalicəyə başlamaq lazımdır.