Varikoz venalar genişlənmiş və qanla həddən çox dolmuş venalardır. Şişkin olub göy-yasəmən və ya qırmızı rəngdə görünürlər, adətən ağrılıdırlar. Qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Yetkin insanların təqribi 25%-ində varikoz venalar müşahidə olunur. Daha çox ayaqların baldır hissəsində yerləşirlər.
Mümkün səbəblər:
- Hamiləlik
- Menopauza
- 50-dən yuxarı yaş
- Uzun müddət ayaqüstə dayanmaq
- Artıq çəki
- Ailədə varikoz venaların irsi olması
Diaqnostika:
Diaqnostika üçün fiziki müayinə, ultrasəs müayinəsi və venoqramma istifadə oluna bilər. USM və venoqramma ağrıya səbəb olan tromb və tıxanmaları da aşkarlamağa kömək edir.
Müalicə:
Ümumilikdə varikoz venların əmələ gəlməsinin və daha da dərinləşməsinin qarşısını almaq üçün tövsiyə olunur:
- Uzun müddət ayaqüstə dayanmaqdan qaçınmaq
- Artıq çəkini azaltmaq
- Qan dövranını yaxşılaşdırmaq üçün bədən tərbiyəsi ilə məşğul olmaq
- Kompressiya corablarından istifadə etmək
- Dincələndə və yatanda ayaqları qaldırmaq
Qeyd olunan üsulların heç biri kömək olmadıqda artıq cərrahi müdaxilədən istifadə olunur.