Yaddaşın pisləşməsi
Yaddaşın pisləşməsi müəyyən zaman kəsiyində hadisələrin/faktların xatırlana bilməməsi və ya dəqiqliyinin itirməsi kimi başa düşülür. Bu zaman pasiyent son zamanlarda baş verən situasiyaları xatırlamasa da, çox əvvəllər baş verən hadisələri dəqiqliklə yada sala bilər. Belə şikayətlər daha çox yaşlı pasiyentlərdə müşahidə olunur.
Mümkün səbəblər:
- Beyin damarlarının aterosklerozu
- Epilepsiya
- Xroniki yorğunluq sindromu
- Yuxusuzluq
- Orqanizmdə yod çatışmazlığı
- Kəllə-beyin travması
- Baş beyin şişləri
- Siqaretçəkmək
- Xroniki intoksikasiya (zəhərlənmə)
- Stress
- Depressiya
- Menopauza
- Kimyaterapiya
- Alzheimer xəstəliyi
- Affekt vəziyyəti
Diaqnostika və müalicə:
Yaddaş pozulması hallarının hər birinə pasiyentdən asılı olaraq individual yanaşılmalı və simptomu törədən səbəb aradan qaldırılmalıdır. Özünüzdə yaddaşın zəifləməsini hiss edirsinizsə “Yaddaş zəifliyi” müayinə paketindən istifadə edə və ya terapevt, endokrinoloq, nevroloq həkimlərinə müraciət edə bilərsiniz.
Yaddaş zəifliyi
Yaddaş zəifliyi və müalicəsi üçün düzgün qidalanma və yuxu rejiminə diqqət yetirmək, Omega-3 yağ turşuları və B12 vitamini ilə zəngin qidalar qəbul etmək tövsiyə olunur. Beyni aktiv saxlamaq üçün kitab oxumaq, tapmaca həll etmək və yeni bacarıqlar öyrənmək faydalıdır. Stress və emosional gərginlik səbəbli yaddaş problemləri də yarana bilər. Xroniki hallarda və ya nevroloji xəstəliklər zamanı həkim tərəfindən təyin edilən dərman müalicəsi yaddaşı gücləndirməkdə əhəmiyyətli rol oynayır. Əgər yaddaş zəifliyi varsa, bütün bu müalicə üsulları effekt vermirsə, o zaman səbəbi tapıb düzgün müalicəni aparmaq üçün Sağlam Ailə həkimlərinə müraciət edə bilərsiniz.