28 May- Müstəqillik Günü və Heydər Əliyevin 100 illik yubileyi münasibətilə 27-28 May tarixlərində Sağlam Ailə Tibb Mərkəzinin təşkilatçılığı ilə Gəncə şəhərində ödənişsiz müayinə aksiyası keçirilmişdir.
Aksiya zamanı 650 nəfərdən artıq Gəncə sakini üçün Qanda şəkərin ölçülməsi, Saturasiyanın ölçülməsi, Təzyiqin ölçülməsi müayinələri aparılmış və Qanın kliniki analizi hədiyyə kartı təqdim edilmişdir.
Bununla yanaşı, 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Gəncə Mallda uşaqlar üçün təşkil olunmuş əyləncələr zamanı uşaqlara müxtəlif hədiyyələr təqdim edilmişdir.
Gəncə sakinlərinin üzlərində gülüş yaratmışıqsa, bir nəbzə belə olsa onlara yardım etmişiksə əmin olun ki, bu bizim uğurmuzdur!