Check
Check
Sonsuzluğun səbəblərini müəyyənləşdirmək üçün həm qadın, həm də kişi kompleks müayinələrdən keçməlidir. Bu müayinə nəticələrinə əsasən düzgün diaqnoz qoyulması bir qayda olaraq uğurlu müalicə mərhələsinin əsasını təşkil edir. Son illərdə həm tibbi, həm də sosial baxımdan kişilərdə reproduktiv funksiyasının pozulması mövzusu xüsusi əhəmiyyət daşıyır. Dünya üzrə kişi sonsuzluğu orta hesabla 30-50% -ə çatır. Kişilərdə sonsuzluq bədəndəki müxtəlif patoloji proseslər və ya müxtəlif epigenetik amillərin təsiri nəticəsində baş verir.
Kişilərdə reproduktiv funksiyanın pozulmasının əsas səbəbləri
Kişi sonsuzluğuna səbəb olan amillər
Həkimə vaxtında müraciət etməklə siz gələcəkdə baş verə biləcək daha ciddi problemlərin qarşısını alaraq tam müalicə oluna bilərsiniz. İlkin mərhələdə həkim-androloq müayinəsindən keçərək anamnez və sonsuzluğun risk amillərini müəyyən etmək lazımdır. Kişi reproduktiv statusunu müəyyənləşdirən əsas analiz – Spermoqramma analizidir.
Bu analizi verməzdən 48-72 saat öncə cinsi pəhriz olmalıdır. Güclü təsirə malik olan dərman preparatı qəbul etmək, spirtli içki içmək, hamam və saunada olmaq analiz nəticələrinə təsir edə bilər. Eyakulyatda patoloji dəyişikliklər aşkar olunduğu təqdirdə analizin 2 həftə sonra təkrar verilməsi tövsiyə olunur.
Check-up paketə daxil olan müayinələr:
Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.
Check