Check
Check
Sonsuzluğun səbəblərini müəyyənləşdirmək üçün həm qadın, həm də kişi kompleks müayinələrdən keçməlidir. Bu müayinə nəticələrinə əsasən düzgün diaqnoz qoyulması bir qayda olaraq uğurlu müalicə mərhələsinin əsasını təşkil edir. Son illərdə həm tibbi, həm də sosial baxımdan kişilərdə cinsi zəiflik mövzusu xüsusi əhəmiyyət daşıyır. Dünya üzrə kişi sonsuzluğu orta hesabla 30-50% -ə çatır. Cinsi zəiflik bədəndəki müxtəlif patoloji proseslər və ya müxtəlif epigenetik amillərin təsiri nəticəsində baş verir.
Bu problemlər çox vaxt kişilərdə cinsi zəiflik ilə nəticələnir. Hormonal balanssızlıq və həyat tərzindəki mənfi amillər bu prosesin sürətlənməsinə səbəb olur. Buna görə vaxtında tədbir görülməsi vacibdir.
Həkimə vaxtında müraciət etməklə siz gələcəkdə baş verə biləcək daha ciddi problemlərin qarşısını alaraq tam müalicə oluna bilərsiniz. İlkin mərhələdə həkim-androloq müayinəsindən keçərək anamnez və sonsuzluğun risk amillərini müəyyən etmək lazımdır. Kişilərdə cinsi zəiflik simptomları aşkar edilərsə, həkimə müraciət etməklə erkən diaqnoz qoyulması çox önəmlidir.
Kişi reproduktiv statusunu müəyyənləşdirən əsas analiz – Spermoqramma analizidir.
Bu analizi verməzdən 48-72 saat öncə cinsi pəhriz olmalıdır. Güclü təsirə malik olan dərman preparatı qəbul etmək, spirtli içki içmək, hamam və saunada olmaq analiz nəticələrinə təsir edə bilər. Eyakulyatda patoloji dəyişikliklər aşkar olunduğu təqdirdə analizin 2 həftə sonra təkrar verilməsi tövsiyə olunur.
Vaxtında həkimə müraciət etməklə cinsi zəiflik və digər reproduktiv problemlərin qarşısını almaq mümkündür. Sağlam həyat tərzi və müntəzəm müayinələr kişilərdə cinsi zəiflik hallarının azalmasına və reproduktiv sağlamlığın bərpasına kömək edir.
Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.
Check