Ümumi

Anti-fosfolipid antikor paneli, anti-fosfolipid sindromunun (AFS) diaqnozunda və əlaqəli vəziyyətlərin qiymətləndirilməsində istifadə olunan xüsusi testlər qrupudur. Anti-fosfolipid sindromu, bədəndə laxtalanma meylini artıraraq damar tıxanıqlığına (tromboz) və təkrarlanan düşüklər kimi hamiləlik ağırlaşmalarına səbəb ola bilən autoimmun bir xəstəlikdir. Bu sindromda immun sistem fosfolipid adlanan molekullara və ya bu molekullara bağlı olan zülallara qarşı əkscisimlər (antikorlar) istehsal edir. Panel AFS diaqnozunun qoyulması və müalicə prosesinin izlənməsində mühüm rol oynayır.

Anti-Fosfolipid Panelindəki Testlər

Paneldəki əsas testlər aşağıdakılardır:

Lupus Antikoaqulyantı (LA)

İzah: Lupus antikoaqulyantları fosfolipidlərə bağlı zülalları hədəf alan antikorlardır. Adında “antikoaqulyant” sözünün olmasına baxmayaraq, bu antikorlar əslində laxtalanma riskini artırır. LA pozitiv olan insanlarda damar daxili laxtalanma riski yüksəkdir.

Anti-Kardiyolipin (AKL) Əkscisimcikləri

İzah: Kardiyolipin hüceyrə membranında olan fosfolipiddir. AKL əkscisimcikləri kardiyolipin molekullarına qarşı istehsal olunur və bu antikorlar IgG və IgM izotiplərində ölçülür. Yüksək aKL səviyyələri tromboz və hamiləlik itkiləri riskini artırır.

IgG və IgM İzotipləri: Hər iki izotipin yüksək səviyyələri AFS riskini göstərir. IgG tipi adətən daha əsaslı qəbul edilir, lakin IgM pozitivliyi də əhəmiyyətlidir.

Anti-β2 Qlikoprotein I (β2GP1) Əkscisimcikləri

İzah: Bu antikorlar fosfolipidlərə bağlanan β2 qlikoprotein I adlı zülala qarşı yaranır. β2GP1 laxtalanma prosesində mühüm rol oynayır və Əkscisimciklərin mövcudluğu AFS üçün göstəricidir.

IgG və IgM İzotipləri: Həm IgG, həm də IgM tipi anti-β2GP1 Əkscisimciklərinın pozitivliyi AFS ilə əlaqəlidir. Xüsusilə IgG tipi tromboz riski ilə daha güclü əlaqəlidir.

Panel Nəticələrinin Şərhi

AFS diaqnozu qoymaq üçün ən azı iki fərqli əkscisimciklərin pozitiv olması və klinik olaraq tromboz və ya təkrarlanan hamiləlik itkisi kimi simptomlarla uyğun olması tələb olunur. Tək bir antikorun pozitiv olması adətən diaqnoz üçün kifayət sayılmır. Nəticələr belə qiymətləndirilə bilər:

  • Pozitiv Lupus Antikoaqulyantı: Artan tromboz riski.
  • Yüksək Anti-Kardiyolipin IgG və ya IgM: AFS diaqnozu üçün əsas tapıntı ola bilər, xüsusilə təkrarlanan hamiləlik itkisi yaşayanlarda.
  • Yüksək Anti-β2GP1 IgG və ya IgM: Tromboz və hamiləlik itkiləri ilə yüksək dərəcədə əlaqəlidir.

Panelin Klinik Əhəmiyyəti

Anti-fosfolipid antikor paneli AFS diaqnozunun qoyulması ilə yanaşı, dərin ven trombozu, ağciyər emboliyası, insult və infarkt kimi xəstəliklərə məruz qalan pasiyentlərin dəyərləndirilməsində də istifadə olunur. Xüsusilə gənc yaşda izah edilə bilməyən laxtalanma hadisələri yaşayan şəxslərdə və təkrarlanan hamiləlik itkisi tarixi olan qadınlarda panel testlərinin aparılması tövsiyə edilir.

Check-up paketə daxil olan müayinələr:

  • Anti Fosfolipid İgG
  • Anti Fosfolipid İgM
  • BETA 2-GLYCOPROTEIN İgG
  • BETA 2-GLYCOPROTEIN İgM
  • Lupus Antikoaqulan
  • Anti kardiolipin İgG
  • Anti kardiolipin İgM

Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi