Ümumi

Koronavirusdan sağaldıqdan sonra orqanizmdə bəzi izlər qalır. Fəsadların tam bitdiyini bilmək üçün aşağıdakı müayinələrdən keçməyiniz tövsiyyə olunur.

IgG əkscisimlərin sintezi isə daha sonra başlayır və keçirilmiş infeksiyadan 10-14 gün sonra maksimum səviyyəyə çatır. COVID-19-a qarşı IgG aşkar edilməsi virusa yoluxmuş şəxsin sağalma mərhələsində olması və ya daha öncə Koronavirus infeksiyasına yoluxmasından xəbər verir.

Döş qəfəsinin rentgeni- Rentgen müayinəsi çoxdan istifadə olunan etibarlı instrumental müayinə üsuludur.  Bir-çox xəstəliklərin diaqnostikası, monitorinqində istifadə olunur.

Protrombin müddəti (İndeks +INR)- Protrombin qaraciyər tərəfindən ifraz edilən, qanın laxtalanmasına təsir edən faktordur. 

Qanın kliniki analizi orqanizm haqqında ümumi məlumat verir(anemiyalar,iltihabi prosesin gedişi və s.). Bura leykositlər, eritrositlər, hemoqlobin, trombosit göstəriciləri və EÇS daxildir.

Qlükoza- Orqanizmə lazım olan enejinin 60% qida ilə qəbul edilən karbohidratlarla təmin edilir. Mədə-bağırsaq yollarında mürəkkəb karbohidratlar(əsasən nişasta polisaxaridi) fermentlər vasitəsi ilə sadə molekullara - monosaxaridlərə parçalanırlar və qana sorulurlar. Monosaxaridlərin 80%-ni qlükoza təşkil edir.

CRP (C-reaktiv zülal)- qandakı miqdarı xəstəliyin aktivliyi və mərhəsindən çox asılıdır. Müxtəlif mənşəli  iltihabi proseslərdə, parazitar infeksiyalarda, travma və şişlərdə dəfələrlə yüksəlir. CRZ-ni tez-tez EÇS ilə müqayisə edirlər. Hər iki göstərici xəstəliyin başlanğıcında kəskin yüksəlir. 

Terapevtin konsultasiyası - Terapiya bölməsində daxili orqanların diaqnostikası, müalicə və profilaktikası aparılır. Qeyd etmək istərdik ki, Terapevt pasiyentin müraciət etməli olduğu ilk həkimdir.

Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.