Ümumi

Virus hepatitləri qaraciyəri birbaşa zədələyərək uzunmüddətli fəsadlara – o cümlədən sirroz və qaraciyər xərçəngi kimi ağır xəstəliklərə yol aça bilər. Bəzi virus hepatitləri digər virusların aktivləşməsinə zəmin yaradır. Məsələn, Hepatit D yalnız Hepatit B infeksiyası olan şəxslərdə aşkarlanır.

Xüsusilə səhiyyə işçiləri, hepatitli şəxslərlə eyni evdə yaşayanlar və yüksək risk qrupuna daxil olan fərdlər bu viruslara qarşı mütəmadi yoxlanmalıdırlar. Eyni zamanda, artıq hepatit diaqnozu qoyulmuş şəxslərdə müalicə effektivliyini izləmək və xəstəliyin gedişatını qiymətləndirmək üçün nəzarət testləri vacibdir.

Hazırlanmış bu check-up paketi aşağıdakı imkanları verir:

 Virus hepatitlərinin ən geniş yayılmış formalarının qanda təyin olunması, keçirilmiş və cari infeksiyanın fərqləndirilməsi;
 Qaraciyər zədəsinin həcmi və mərhələsinin qiymətləndirilməsi;
 Qaraciyərin funksional və struktur vəziyyətinin araşdırılması.

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Əlaqə: (012) 910
WhatsApp: (055) 4000 910
www.saglamaile.az

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi