Bu check-up paket niyə əhəmiyyətlidir?
Bu yaş dövründə metabolizma yavaşlayır,yorğunluq,enerji çatışmazlığı meydana gəlir.Orqanizmin kalsium kimi mineralları mənimsəmə qabiliyyəti azalır. Xroniki xəstəliklərin riski artır ,immun müdafiə qabiliyyəti azalır. Kompleks,enerji səviyyəsinin və hormonal balansın qorunmasını təmin edən vitamin və mikroelementlərdən təşkil olunmuşdur.
Check-up paket tərkibində yoxlanılanlar:
- 25-OH Vitamin D
- Maqnezium,Mg
- Yod,I
- Molibden,Mo
- Vitamin B9
- Vitamin B12
- Sink,Zn
- Coenzyme Q10
- Vitamin E
- Selen,Se
- 25-OH Vitamin D sümük möhkəmliyini təmin edir, kalsium-fosfor mübadiləsini tənzimləyir, immun sistemi gücləndirir. Bu yaşlarda sümük kütləsinin itirilməsi sürətlənir, osteoporoz riski artır. D vitamini çatışmazlığı həm sümükləri zəiflədir, həm də ürək-damar və immun sistemi zəiflədə bilər.
- Maqnezium əzələ və sinir sistemi fəaliyyətini tənzimləyir, ürək ritmini sabit saxlayır, enerji istehsalında iştirak edir. Stress, intensiv iş rejimi və yuxusuzluq maqnezium ehtiyatlarını azaldır. Çatışmazlıq təzyiq yüksəlməsi, ürək aritmiyaları və əzələ spazmları ilə nəticələnə bilər.
- Selen güclü antioksidantdır, hüceyrə zədələnməsinin qarşısını alır, tiroid hormonlarının sintezinə kömək edir.Yaşla birlikdə oksidativ stress artır. Selen immun müdafiəni gücləndirir və hüceyrə yaşlanmasını ləngidir.
- Yod tiroid hormonlarının əsas komponentidir, maddələr mübadiləsini tənzimləyir.Tiroid funksiyası zəiflədikdə enerji itkisi, çəki artımı və diqqət azalması yarana bilər. Yod səviyyəsinin balansda qalması maddələr mübadiləsi üçün vacibdir.
- Molibden qaraciyər və böyrəklərin detoks proseslərində iştirak edən fermentləri aktivləşdirir.Bu yaşlarda metabolik yüklənmə artır, molibden bədəni toksinlərdən təmizləməyə kömək edir.
- Vitamin B9- Fol turşusu qırmızı qan hüceyrələrinin istehsalında, DNT sintezində və hüceyrə yenilənməsində iştirak edir.Fol turşusu çatışmazlığı anemiya, yaddaş zəifliyi və ürək-damar xəstəlikləri riskini artıra bilər.
- Vitamin B12 sinir sistemini qoruyur, enerji metabolizmini dəstəkləyir, qan hüceyrələrinin istehsalında iştirak edir.Bu yaşlarda mədədə B12-nin mənimsənilməsi azalır. Çatışmazlıq halsızlıq, sinir pozğunluğu və yaddaş zəifləməsinə səbəb ola bilər.
- Sink immun müdafiəni tənzimləyir, hormon balansına təsir edir, dəri və saç sağlamlığını qoruyur.Xroniki stress və balanssız qidalanma sink ehtiyatlarını azaldır, infeksiyalara qarşı müqaviməti zəiflədir.
- Koenzim Q10 hüceyrələrdə enerji istehsalını təmin edir, ürək əzələsini qoruyur, antioksidant təsir göstərir. Yaş artdıqca orqanizmdə sintezi azaldır, bu isə yorğunluq, əzələ zəifliyi və ürək-damar problemlərinə səbəb ola bilər.
- Vitamin E hüceyrələri sərbəst radikalların zədəsindən qoruyur, damar elastikliyini və dəri sağlamlığını dəstəkləyir.sBu yaşda antioksidant müdafiə mexanizmləri zəifləyir. Vitamin E damar sağlamlığını qoruyaraq iltihabi prosesləri azalda bilər.
Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.