Bu Check-up paket niyə əhəmiyyətlidir?
Pankreasda baş verən müxtəlif patoloji proseslərdə metabolik pozğunluqlar baş verir ki, bu da müxtəlif vitamin və mineralların çatışmazlığı kimi özünü göstərə bilər. Kompleks, mədəaltı vəzi xəstəliklərində ən çox baş verən əsas çatışmazlıqları müəyyən etməyə imkan verir.
Check-up paket tərkibində yoxlanılanlar:
- Maqnezium,Mg
- Sink,Zn
- Vitamin A
- Vitamin E
- 25-OH Vitamin D
- Maqnezium:Xroniki pankreatit və şəkərli diabet kimi mədəaltı vəzi xəstəliklərində bədənin bu mineralı qidadan mənimsəmə qabiliyyətinin azalması səbəbindən maqnezium çatışmazlığına səbəb ola bilər.
- Sink :mədəaltı vəzinin həm ekzokrin, həm də endokrin funksiyalarında, o cümlədən qlükaqon(mədəaltı vəzi tərəfindən ifraz olunan hormon) ifrazında, həzm fermentlərinin aktivləşdirilməsi proseslərində və insulin ifrazında iştirak edir.
- A vitamininin pankreas funksiyasında rolu çoxkomponentlidir və hələ də araşdırılır. 1-ci tip diabetli xəstələrdə A vitamininin səviyyəsinin azaldığı, 2-ci tip diabetli xəstələrdə isə onun səviyyəsinin yüksəldiyi aşkar edilmişdir. Vitamin A pankreasın fəaliyyətində, karbohidrat və lipid mübadiləsində rol oynayır.
- E vitamininin bağırsaq boşluğundan sorulması öd ifrazından və mədəaltı vəzinin funksiyasından, bağırsaq hüceyrəsinin qəbulunun səmərəliliyindən və xilomikron ifrazından asılıdır. Vitamin E hüceyrələrə lipoproteinlərin tərkibində daşınır və hüceyrə membranının sərbəst radikallara qarşı vacib müdafiəsidir.
- Vitamin D, mədəaltı vəzi β-hüceyrələrinin funksiyasını tənzimləyir. Bu hüceyrələr insulin hormonu istehsal edir. Elmi tədqiqatlar göstərir ki, vitamin D-nin yetərli səviyyələri mədəaltı vəzi hüceyrələrinin insulin istehsalını artırır və insulinin bədəndə düzgün fəaliyyətini dəstəkləyir.
Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.