Vitamin Check-up Paketləri

Bu check-up niyə əhəmiyyətlidir?

Skelet və əzələ sistemində baş verən müxtəlif patologiya prosesləri zamanı metabolik pozğunluqlar yaranır ki, bu da müxtəlif vitamin və mineralların çatışmazlığı şəklində özünü göstərə bilər. Həmçinin, qarşılıqlı təsir mövcuddur: balanssız qidalanma nəticəsində dayaq-hərəkət sisteminin fəaliyyətində problemlər yaranır.

Check-up paketin tərkibində yoxlanılanlar:

  • Sink,Zn
  • Vitamin B12
  • Maqnezium,Mg
  • Vitamin B9
  • 25-OH Vitamin D
  • İonlaşmış Ca
  • Fosfor,P

  • Kalsium: Bir şəxs gündə kifayət qədər kalsium qəbul etmirsə, bu, dayaq-hərəkət sistemi xəstəliklərinin inkişafı üçün səbəbə  çevrilir. Kalsium sümük toxumasının mühüm tərkib hissəsi olduğundan, sümüklər daha kövrək olur.
  • Maqnezium sinir-əzələ, immun və dayaq-hərəkət sistemlərinin normal fəaliyyətinin qorunmasında xüsusilə vacibdir. Yaşlı insanlarda sümük qırıqlarının riskini azaltmağa kömək edə bilər. Bu, maqneziumun sümük sıxlığını və strukturlarını gücləndirən xüsusiyyətlərə sahib olması ilə əlaqədardır.
  • Fosfor sümük toxumasının və hüceyrə membranının fosfolipidlərinin bir hissəsidir. Kalsium və fosfor sümük toxumasının vacib  elementləridir ki, Onların metabolizmini D vitamini tənzimləyir. Fosfor və D vitamini sümükləri gücləndirmək, sümük kütləsini artırmaq və sınıqların sayını azaltmaq üçün vacibdir.
  • Sink  birbaşa sümük toxumasının yaranmasına təsir edir.Bu mikroelement, aminoasil-tRNA-sintetaza adlı fermenti aktivləşdirir. Bu ferment, proteinlərin biosintezi prosesinin sürətinə təsir edir və nəticədə hüceyrələrdə proteinlərin istehsalını stimullaşdırır, beləliklə sümük toxumasının yaranmasını təşviq edir.
  • B  qrupu vitaminləri zədələnmiş toxumaların bərpasına, immun sisteminin gücləndirilməsinə və artrit, artroz, revmatizm və digər degenerativ oynaq xəstəliklərində iltihab proseslərinin azalmasına kömək edir. B9 və B12 vitaminləri toxuma formalaşmasında iştirak edən hüceyrələrin fəaliyyətini tənzimləyir və möhkəm kollagen karkazının yaranmasına dəstək verir.

    Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
    (+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.
Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi